Pxençxan Olimpiadasında 85 robot işləyəcək


Pxençxan Olimpiadasında 85 robot işləyəcək


Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən Olimpiya Oyunlarının obyektlərinə 85 müxtəlif növ robot cəlb edilib.



Robot gidlər yarışmaların təqvimi barədə danışacaqlar. Ofisiant robotlar mətbuat mərkəzində içkilər paylayacaq, xadimə robotlar zibili yığışdıracaqlar. Bu barədə məlumatı Oyunların Təşkilat Komitəsindən bildiriblər.

Əsas diqqət isə Olimpiya məşəlinin estafetində iştirak edəcək robota yönələcək. Belə ki, o, əlində məşəl kərpic divara qədər gəlib və orada dəlik açaraq, məşəli insana ötürüb.

Qeyd etmək lazımdır ki, ümumilikdə oyunlarda süni intellektə malik 11 növ müxtəlif köməkçinin iştirak edəcəyi gözlənilir. (lent.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu