“WhatsApp” ödəniş sistemini sınaqdan keçirir


“WhatsApp” ödəniş sistemini sınaqdan keçirir


“WhatsApp” öz şəxsi ödəniş sistemi olan “WhatsApp Pay”i açacaq.



AFN-in lent.az-a istinadən məlumata görə, messencerin istifadəçiləri smartfon vasitəsilə bu xidmətlərdən birindən istifadə etməklə aldıqları məhsul və xidmətlərin dəyərini ödəyə biləcəklər.

Funksiya artıq Hindistanda iOS və Android üçün əlavənin beta versiyasında istifadəyə verilib. Pulköçürmələri ancaq “WhatsApp Pay” cüzdanları arasında mümkündür.

Tərtibatçılar bu məhdudiyyəti aradan qaldırmağı planlaşdırır ki, ödəniş sistemi digər xidmətlərlə də əlaqə yarada bilsin.

Şirkət Hindistanın aparıcı bankları ilə əməkdaşlıq sazişi bağlayıb. Belə ki, istifadəçilər messencerin ödəniş sistemini bank kartı ilə sinxronlaşdırmaq imkanı əldə ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu