İnsan qaynaqlarına edilən yatırım gələcəyə qoyulan sərmayədir

Xəbərin çap versiyası
Tarix: 23-02-2018, 17:24    |    Xəbər oxunub: 820 dəfə
İnsan qaynaqlarına edilən yatırım gələcəyə qoyulan sərmayədir


Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” beynəlxalq səviyyədə daha bir uğura imza atıb. Şirkət güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (IIP) - İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək QIZIL sertifikatı qazanıb. Azercell ölkəmizdə Qızıl sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir.

“Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev şirkətin bu sertifikata layiq görülməsini böyük uğur hesab edir: “Yarandığı ilk gündən etibarən Azercell İnsan Qaynaqlarının idarə olunmasında beynəlxalq təcrübədən yararlanıb. Şirkətin bu sahədə apardığı bütün proseslər, mövcud sistem ən müasir beynəlxalq təcrübəyə uyğundur. İlk dəfə olaraq şirkətimiz bu Sertifikatın alınması üçün irəli sürülən tələblərin hamısına cavab verərək 2004-cü ildə Standartı, 2011 və 2014-cü illərdə isə Gümüş Sertifikatını əldə edib. 2018–ci ilin yanvar ayında keçirilən sertifikasiya zamanı isə Azercell güclü performans göstərməklə işçilərini yüksək səviyyədə idarə etdiyini artıq beynəlxalq səviyyədə sübut edərək, Qızıl Sertifikatına layiq görülüb. Onu da vurğulayaq ki, 1996-2017-ci illər ərzində insan qaynaqlarının inkişafına şirkət tərəfindən toplam 23.338.153,45 USD sərmayə qoyulub ki, bu da kifayət qədər böyük göstəricidir. Fəaliyyət göstərdiyimiz sahələrdə olduğu kimi, İnsan Qaynaqlarının idarə olunmasında da liderik.”

“Azercell Telekom” MMC-nin İnsan Qaynaqları Departamentinin direktoru Ziba Mustafayeva şirkətin IIP sertifakatını qazanması üçün ciddi yoxlamadan keçdiyini bildirib: “Investors in People İnternational“ şirkəti Azercell-də 9 fəaliyyət göstəricisi üzrə yoxlama aparib. Qızıl səviyyəli IIP akkreditasiyası zamanı qiymətləndirici, işçilər arasında keçirilən onlayn sorğuya, səfəri zamanı Azercell-in əməkdaşları ilə təkbətək müsahibələrinə, həmçinin insan qaynaqlarının idarə olunması təcrübəsi üzrə audit yoxlamasının nəticəsinə əsaslanıb. Bu sertifikat İnsan Qaynaqlarının idarə olunmasında bizim inkişaf göstəricimizdir”

“Investors in People International” şirkətinin prezidenti Paul Devoy da Azercell-in Qızıl Sertifikat qazanmasını böyük uğur kimi dəyərləndirib: "Azercell-i təbrik edirik. “Investors in People” akkreditasiyası yüksək səviyyəli işəgötürən, çalışanlar üçün arzu olunan məkan və uğura aparan aydın yoldur. Azercell əldə etdiyi bu nəailiyyətdən böyük qürur hissi keçirməlidir"

Qeyd edək ki, tək və yeganə İnsan Qaynaqları üzrə Keyfiyyət Standartı olan “Investors in People” standartı ilk dəfə 1991-ci ildə İngiltərədə tətbiq edilməyə başlayıb. Beynəlxalq səviyyədə mövcud olan Standart 26 illik fəaliyyəti nəticəsində 78 ölkə və 10.000-dən çox şirkəti əhatə edir. Cari 6-cı nəsil standartı isə 2015-ci ildə beynəlxalq səviyyədə fəaliyyətə keçib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Almaniyada yaşayan həmyerlilərimiz erməni təxribatının qarşısını aldı-

Almaniyada yaşayan həmyerlilərimiz erməni təxribatının qarşısını aldı- FOTOLAR

Əhalinin banklardakı depozit əmanətlərin sığortalanması müddəti artırılır

Əhalinin banklardakı depozit əmanətlərin sığortalanması müddəti artırılır

Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı:

Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı: Ayda 120 min manat...

Prezident Siyavuş Novruzovu təltif etdi-

Prezident Siyavuş Novruzovu təltif etdi- SƏRƏNCAM

Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar

Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar

Hava şəraiti kəskin dəyişəcək-

Hava şəraiti kəskin dəyişəcək- Xəbərdarlıq

Qarabağ qazisi Aqil Əhmədovun həyatı təhlükədədir-

Qarabağ qazisi Aqil Əhmədovun həyatı təhlükədədir- Dəstək olun!

Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirilib-

Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirilib- FOTOLAR

Avstriyada 6 məscidin bağlanması ilə bağlı

Avstriyada 6 məscidin bağlanması ilə bağlı QƏRAR

Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edib

Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edib

Ötən il Naxçıvanda sahibkarlara 13,7 milyon manat kredit verilib

Ötən il Naxçıvanda sahibkarlara 13,7 milyon manat kredit verilib

Bakıda kütləvi maliyyə fırıldağı-

Bakıda kütləvi maliyyə fırıldağı- “Zərərçəkmişlərin sayı yüzlərlədir”

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur