“Kompüterlərdə və internetdə təhlükəsizlik” mövzusunda təlim keçirilib


“Kompüterlərdə və internetdə təhlükəsizlik” mövzusunda təlim keçirilib


“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və ”Gələcəyə İnam” Ehtiyacı Olan İnsanlara Qayğı İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və Vətəndaşların Maraqlarının Müdafiəsi” layihəsi çərçivəsində birgə təşkil etdiyi “İnformasiya və Kommunikasiya Texnologiyaları Sahəsində İnternet Təhlükəsizliyi” mövzusu ilə bağlı Biləsuvar rayonunda 01-02 mart 2018 - ci ildə “Kompüterlərdə və internetdə təhlükəsizlik” mövzusunda təlimlər keçirib.



Təlimlərdə rayon ictimaiyyətinin nümayəndələri, QHT üzvləri, sosial media istifadəçiləri iştirak edib.

Təlimlər informasiya texnologiyaları mütəxəssisi tərəfindən aparılıb. İştirakçılara onlayn təhlükəsizlik məsələsi, mövcud vasitələr, təhlükəsizlik strategiyaları haqqında məlumatlar verilib.

Layihə çərçivəsində növbəti təlimlərin 09-10 mart 2018–ci ildə Masallı rayonunda keçirilməsi planlaşdırılır. Təşkil olunacaq təlimlərdə rayon ictimaiyyətinin fəalları, blogerlər və internet fəalları iştirak edəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu