"Facebook"un səhmləri 13% ucuzlaşıb


"Facebook"un səhmləri 13% ucuzlaşıb


"Facebook" sosial şəbəkəsinin səhmləri son həftə ərzində 13% ucuzlaşıb.



Buna səbəb şirkətin 50 milyon istifadəçinin məlumatlarının analiz şirkəti tərəfindən qeyri-qanuni şəkildə istifadəsidir. Şirkətin səhmlərində daha əvvəl 2012-ci ildə eniş müşahidə edilmişdi. Şirkətin vəzifəli şəxslərindən olan Şeril Sandbörq ötən günlərdə hadisənin şirkətin dəyərinə zərər verməyəcəyini düşündüyünü bildirmişdi.

Qeyd edək ki, "Facebook"a bağlı tətbiqetmə vasitəsilə 50 milyon istifadəçinin məlumatı toplanaraq ABŞ və Böyük Britaniyada keçirilən seçkilərdə istifadə olunub.

Xəbərin ictimaiyyət arasında yayılmasından sonra ABŞ və Britaniyadakı müxaliflər "Facebook" sahibi Mark Zükerberqə qarşı ittihamlar irəli sürərək onun ABŞ senatı və İngiltərə parlamentində ifadə verməsini tələb ediblər. (qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu