“Facebook”dan 87 milyon istifadəçinin məlumatları sızıb


“Facebook”dan 87 milyon istifadəçinin məlumatları sızıb


“Facebook” şirkətinin rəhbərliyi xəta nəticəsində şəxsi məlumatları “Cambridge Analytica” şirkətinə ötürülən sosial şəbəkə istifadəçilərinin sayınının əvvəllər elan olunduğu kimi 50 yox, 87 milyon olduğunu açıqlayıb.



Virtualaz.org TASS-a istinadən bildirir ki, bu barədə “Facebook”un texniki direktoru Mayk Şrepferin çərşənbə günü dərc edilmiş bəyanatında bildirilir.

“Hesab edirik ki, başlıca olaraq ABŞ-da yaşayan 87 milyondan çox “Facebook” istifadəçisinin məlumatları” “Cambridge Analytica” şirkətinə ötürülüb”, - deyə dərc olunmuş məlumatda vurğulanır.

Xatırladaq ki, iki həftə əvvəl sosial şəbəkə fəalları və bloqerlər “Facebook” hesablarının kütləvi şəkildə bağlanması üzrə “deletefacebook” fleşmobunu işə salıb.

Kütləvi virtual aksiyaya “Cambridge Analytica” şirkətinin 50 milyondan çox “Facebook” istifadəçisinin şəxsi məlumatlarından öz məqsədləri üçün icazəsiz istifadə etməsi haqqında xəbərlərin yayılması təkan verib.

İddiaya görə, Donald Trampa aid şirkətin mənafeyindən çıxış edən “Cambridge Analytica” seçicilərin nəyə üstünlük verdiyini araşdırıb və bunun əsasında seçicilərin siyasi seçimlərinin təhlili alqoritmini ərsəyə gətirib.

Paralel olaraq ABŞ-da Massaçusets ştatının baş prokurorluğu hər iki şirkətin rəhbərliyinə qarşı istintaqa başlayıb.

Onu da xatırladaq ki, şirkətin başçısı Mark Zukerberq martın 21-də CNN telekanalının efirində baş verənlərə görə üzr istədi. Söz verdi ki, istifadəçilərin şəxsi məlumatlarının yenidən sızmaması üçüb hər şeyi edəcək. Bundan başqa, “Facebook” başçısı onda həm də bildirdi ki, bu məsələ üzrə dinləmələrdə ABŞ Konqresinin üzvlərinin suallarına cavab verməyə razıdır.

Yeri gəlmişkən, daha əvvəl “Cambridge Analytica” şirkətinin Azərbaycan milyarderi Vahid Ələkbərovun şirkəti ilə bağlı olduğu bildirilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu