Bakcell layiqli əməyi və iqtisadi artımı təşviq edir

Xəbərin çap versiyası
Tarix: 16-04-2018, 17:46    |    Xəbər oxunub: 816 dəfə
Bakcell layiqli əməyi və iqtisadi artımı təşviq edir


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti BMT-nin Azərbaycan Nümayəndəliyinin “ASAN Radio” ilə hazırladığı “Qlobal məqsədlər” verilişinin tərəfdaşıdır.



“Qlobal məqsədlər” verilişinin növbəti buraxılışı layiqli əməyi və iqtisadi artımı təşviq edən 8-ci dayanıqlı inkişaf məqsədinə həsr olunub. "Layiqli əmək" hər bir insanın iş yerində təhlükəsizliyini, ailəsinin sosial müdafiəsini təmin edən kifayət qədər gəlir gətirən məhsuldar iş tapmaq imkanını nəzərdə tutur. Bu, həmçinin insanları şəxsi inkişaf və sosial inteqrasiyanın ən yaxşı perspektivləri ilə təmin edir.

Bu həftənin qonaqları ABAD-ın marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Turanə Qasımova, BMT-nin İnkişaf Proqramının “Böyük Qafqaz landşaftında torpaq və meşələrin dayanıqlı idarəolunması və iqlim dəyişmələrinə ekosistem əsaslı yanaşma” layihəsinin rəhbəri Eltəkin Ömərov və xalçaçı sənətkar Sürayyə Rzayevadır.

Veriliş “ASAN Radio”da 16 aprel 2018-ci il tarixində saat 18:20-də efirə gedəcək. Verilişin təkrarı 18 aprel (saat 11:05-də) və 20 aprel (saat 14:05-də) tarixlərində yayımlanacaq.

“Qlobal Məqsədlər” radioverilişinin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məlumatlılığın artırılması, 2030-cu ilə qədər olan tədbirlər planı üzrə həyata keçirilən layihələr və dayanıqlılığın təmin olunması üçün müxtəlif strukturların və vətəndaşların üzərinə düşən vəzifələrlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.

Qeyd edək ki 2015-ci ilin sentyabr ayında dünya liderləri tərəfindən 17 Dayanıqlı İnkişaf Məqsədi qəbul edilib. Həmin məqsədlər yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək, eyni zamanda ətraf mühiti qorumaq üçün səylərin birləşdirilməsini nəzərdə tutur.

Aprel ayı ərzində Bakcell şirkətinin dəstəyilə “ASAN Radio”da (100FM) 5 veriliş efirə veriləcək.

Azərbaycan Respublikasının qeyri-neft sektorunun ən iri investor və işəgötürənlərdən biri olan Bakcell şirkəti özünün əməkdaşlarına sərmayə yatırmaqla yanaşı, onları münbit iş şəraiti ilə təmin edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Quba-Xınalıq yolu bağlanıb, 7 kəndlə əlaqə kəsilib

Quba-Xınalıq yolu bağlanıb, 7 kəndlə əlaqə kəsilib

Gələn aydan uşaq pulu veriləcəyi barədə məlumat yalandır-

Gələn aydan uşaq pulu veriləcəyi barədə məlumat yalandır- ƏƏSMN rəsmisi

Bakı Avtovağzalından 4 gündə 60 minə yaxın sərnişin daşınıb

Bakı Avtovağzalından 4 gündə 60 minə yaxın sərnişin daşınıb

Sabah Bakıda çiskin olacaq

Sabah Bakıda çiskin olacaq

Vergilər Nazirliyi

Vergilər Nazirliyi "Veysəloğlu"nu cərimələdi- Şirkətdən etiraz: "Cərimə əsassızdır..."

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Azərbaycan millisi Xorvatiyaya qarşı

Azərbaycan millisi Xorvatiyaya qarşı

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutulub

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutulub

Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi

Qənirə Paşayeva “DOST Xonçası” qoşulub-

Qənirə Paşayeva “DOST Xonçası” qoşulub- FOTOLAR

Polis rəisi marşurutları cərimə meydançasına doldurdu-

Polis rəisi marşurutları cərimə meydançasına doldurdu- Narazılıq böyüyür

"Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu" mövzusunda müzakirələr aparılıb- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur