“Bakcell”dən Frankofoniya gününə həsr edilmiş konsertin keçirilməsinə dəstək


“Bakcell”dən Frankofoniya gününə həsr edilmiş konsertin keçirilməsinə dəstək


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası ilə birlikdə Azərbaycan-Fransız Universiteti (UFAZ) təşkil etdiyi Frankofoniya gününə həsr edilmiş konsertin keçirilməsinə dəstək göstərib.

Konsertdə UFAZ-nın mühəndislik fakültələrinin tələbələri çıxış ediblər. Tədbir zamanı tələbələrin teatr tamaşaları, piano və mahnı ifaları və həmçinin çəkdikləri qısa videolar nümayiş etdirilib.

Qeyd edək ki, “Bakcell”in dəstəyilə keçirilmiş konsert Lycée Français de Bakou (UFAZ universitetinin xor ansamblı) və “ADO Theatre-Collective”in səhnə rejissoru Elza Furtadonun iştirakı ilə təşkil edilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) ölkənin ən nüfuzlu təhsil ocaqlarından biridir. Frankofoniya günləri və digər tədbirlərin təşkili vasitəsilə UFAZ Fransız dili və mədəniyyətini təşviq edir və tələbələrin bədiilik və musiqi bacarıqlarının artırılmasına öz töhfəsini verir.

Bakcell şirkəti tədbirin sponsoru olaraq Azərbaycan tələbələri və gənclərinə xüsusi diqqət ayırmaqla ölkədə təhsilin inkişafına öz dəstəyini əsirgəmir.

“Bakcell”dən Frankofoniya gününə həsr edilmiş konsertin keçirilməsinə dəstək

“Bakcell”dən Frankofoniya gününə həsr edilmiş konsertin keçirilməsinə dəstək

“Bakcell”dən Frankofoniya gününə həsr edilmiş konsertin keçirilməsinə dəstək

“Bakcell”dən Frankofoniya gününə həsr edilmiş konsertin keçirilməsinə dəstək



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu