Bakcell universitet məzunları və tələbələr üçün yay təcrübə proqramı elan edir

Xəbərin çap versiyası
Tarix: 15-05-2018, 19:11    |    Xəbər oxunub: 579 dəfə
Bakcell universitet məzunları və tələbələr üçün yay təcrübə proqramı elan edir


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell böyük məmnuniyyətlə III və IV kurs bakalavr tələbələri, magistrlər və yeni məzunları şirkətin “2018 Yay Təcrübə Proqramı”nda iştirak etməyə dəvət edir.



Tələbə və məzunlar üçün nəzərdə tutulmuş 2 aylıq proqramın əsas məqsədi karyerasında ilk addımlarını atmağa başlayan gəncləri Azərbaycanın ən nüfuzlu və innovativ şirkətlərindən birində iş mühiti ilə tanış etmək, praktiki biliklərlə təmin etmək və onların işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.

Seçimdən uğurla keçən namizədlər “Bakcell”in satış və marketinq şöbələrində 2 ay müddətində təcrübə keçmək imkanına malik olacaqlar. Təcrübə müddətində gənclər şirkətin aparıcı mütəxəssisləri arasından seçilmiş təcrübə rəhbərləri vasitəsilə müvafiq bilik və bacarıqlara yiyələnərək şirkətin ümumi strukturunu və iş prinsiplərini öyrənəcək, eyni zamanda karyera planlaşdırılması, biznes etikasi, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə, əməyin təhlükəsizliyi və ətraf mühit, sağlamlıq və digər mövzularda praktiki biliklər əldə edəcəklər. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətləniriləcək və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunacaqlar. Bakcell şirkətinin “2018 Yay Təcrübə Proqramı” barədə daha ətraflı məlumatı www.bakcell.com səhifəsində əldə etmək olar. Proqramda iştirak etmək üçün müraciətlər (CV) 31 may 2018-ci il tarixinə qədər internship@bakcell.com ünvanı vasitəsilə qəbul olunacaq.

Qeyd edək ki, 2014-cü ildən etibarən Bakcell şirkətinin təcrübə proqramlarında 100 nəfərdən çox gənc iştirak edib. Proqramda iştirak zamanı yüksək nəticələr nümayiş etdirən tələbə və məzunlar Bakcell şirkəti və digər nüfuzlu şirkətlər tərəfindən işlə təmin edilib. Digər iştirakçılar isə yerli və xarici universitetlərdə təhsillərini davam etdirirlər.

Azərbaycanın ən prestijli işəgötürənlərdən biri olan Bakcell şirkəti, bütün işçilər və namizədlər üçün eyni şərait yaradır. Şirkət işə qəbul və seçim prosesində şəffaflıq prinsiplərinə riayət edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər

"Gedəcək yer axtaran azərbaycanlılar..."- Rza Rzayev yazır

Nazirin təltif etdiyi müəllimi direktor polisə verdi-

Nazirin təltif etdiyi müəllimi direktor polisə verdi- ŞİKAYƏT

Prezident məktəb tikintisinə 40 milyon ayırıb

Prezident məktəb tikintisinə 40 milyon ayırıb

Zakir Həsənov Kaspşiklə Qarabağı müzakirə edib

Zakir Həsənov Kaspşiklə Qarabağı müzakirə edib

200 manatlıq əksinaslar dövriyyəyə buraxılır-

200 manatlıq əksinaslar dövriyyəyə buraxılır- FOTO

"Bakcell" eşitməqüsurlu əlillər arasında futzal turnirinə dəstək verib

Yeni Dərnəgül-Balaxanı yolunun tikintisi gələn il tamamlanacaq

Yeni Dərnəgül-Balaxanı yolunun tikintisi gələn il tamamlanacaq

Fransanın baş naziri İsrail səfərini təxirə saldı

Fransanın baş naziri İsrail səfərini təxirə saldı

Avtobusa silahla girib polislə əlbəyaxa oldu-

Avtobusa silahla girib polislə əlbəyaxa oldu- Bakıda olay

“Tağıyevin evi deyil...”-

“Tağıyevin evi deyil...”- Sökülən bina ilə bağlı açıqlama

Arzu Əliyeva AXC ilə bağlı film çəkib-

Arzu Əliyeva AXC ilə bağlı film çəkib- VİDEO

Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət veririk-

Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət veririk- "Veysəloğlu"

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur