"Bakcell" Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin karyera sərgisinə qatılıb

Xəbərin çap versiyası
Tarix: 22-05-2018, 16:56    |    Xəbər oxunub: 741 dəfə
"Bakcell" Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin karyera sərgisinə qatılıb


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Məzun və Karyera Mərkəzi” tərəfindən təşkil edilmiş karyera sərgisində fəal iştirak edib.

ADNSU-nun məzun və yuxarı kurs tələbələrinin işgüzar mühitə inteqrasiyasına dəstək məqsədilə keçirilmiş karyera sərgisində Bakcell şirkətinin satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları barədə geniş məlumat verilərək şirkətin nümayəndələri tərəfindən tələbə və məzunlarla müsahibələr keçirilib. İki min nəfərdən çox tələbə və məzunun ziyarət etdiyi karyera sərgisində quraşdırılmış Bakcell stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən Bakcell şirkəti, Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqət mərkəzində saxlayır və gənclərin məşğulluğunun inkişaf etdirilməsinə böyük töhfə verir. Təkcə cari il ərzində şirkət ADA Universiteti, Qərbi Kaspi Universiteti və ADNSU-nun keçirdiyi karyera sərgilərində iştirakla yanaşı özünün ənənəvi yay təcrübə proqramını elan edib və gənclərin karyera və təhsilinə dəstək məqsədini daşıyan digər layihələri uğurla həyata keçirib.

Bakcell şirkəti gənclərin təhsil almasına və karyera qurmasına dəstək göstərmək və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməyə yönəlmiş uğurlu fəaliyyətini davam edəcək.

"Bakcell" Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin karyera sərgisinə qatılıb

"Bakcell" Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin karyera sərgisinə qatılıb





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Alimlər gələcəyin iqlim proqnozunu açıqladılar-

Alimlər gələcəyin iqlim proqnozunu açıqladılar- qorxunc mənzərə

“Azərbaycanlıları məyus olmamağa çağırıram”-

“Azərbaycanlıları məyus olmamağa çağırıram”- çeçen nazirdən növbəti açıqlama

“Sən ordan çıx, mən burdan...”-

“Sən ordan çıx, mən burdan...”- Qalmaqallı prorektorla bağlı növbəti ARAŞDIRMA

Aqil Acalov:

Aqil Acalov: "Azərbaycan və çeçen xalqlarının münasibətləri tarixlə sınanıb"

Elxan Şahinoğlu:

Elxan Şahinoğlu: "Qarabağ Münhenlik deyil"

Lotu Qulinin 3 adamı tutuldu:

Lotu Qulinin 3 adamı tutuldu: polis basqını

Məşhur FHN generalının banka külli miqdarda borcu üzə çıxdı-

Məşhur FHN generalının banka külli miqdarda borcu üzə çıxdı- QALMAQAL

ADRA-dan şikayət-

ADRA-dan şikayət- Pulun nə üçün yığıldığı məlum deyil

Arif Əsgərov və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı-

Arif Əsgərov və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı- FOTOLAR

İlham Əliyev Moskvada baş vermiş hadisədən sonra Polad Bülbüloğluna tapşırıq verdi

İlham Əliyev Moskvada baş vermiş hadisədən sonra Polad Bülbüloğluna tapşırıq verdi

Almaniyada yaşayan həmyerlilərimiz erməni təxribatının qarşısını aldı-

Almaniyada yaşayan həmyerlilərimiz erməni təxribatının qarşısını aldı- FOTOLAR

Əhalinin banklardakı depozit əmanətlərin sığortalanması müddəti artırılır

Əhalinin banklardakı depozit əmanətlərin sığortalanması müddəti artırılır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur