“Nar” Uşaqların beynəlxalq müdafiəsi günündə balacaları təbrik etdi


“Nar” Uşaqların beynəlxalq müdafiəsi günündə balacaları təbrik etdi


“Nar” 1 iyun – Uşaqların beynəlxalq müdafiəsi günündə növbəti sosial aksiyaya imza atdı. Hər il 1 iyun tarixində müxtəlif maraqlı layihələrlə ənənəvi olaraq uşaqları təbrik edən mobil operator bu il də fərqli bir təşəbbüslə çıxış etdi. Belə ki, “Youtube” platformasındakı “Azərbaycan Xalq Nağılları” kanalında Azərbaycan dilində böyük bir milli nağıl resursu yaradıldı. Səsləndirilmiş 60 milli nağıl xüsusi tərtibatlı CD-lərə köçürüldü. Bu CD-lərdən ibarət kataloq Respublika Gözdən Əlillər Kitabxanasına hədiyyə edildi.



Nağılların peşəkar studiyada səsləndirilməsi prosesinə “Belə-belə işlər” layihəsindəki uğurlu fəaliyyəti və balacalara olan sonsuz sevgisi ilə fərqlənən Kəmalə Rövşən cəlb edildi. Uşaqlara nağıl danışmağı çox sevən Kəmalə xanımın bu həvəsi “Nar” operatorunu belə bir faydalı aksiyaya imza ataraq balacaları sevindirməyə ruhlandırdı. Prosesin əks olunduğu xüsusi video “Nar”-ın sosial media səhifələrində ictimaiyyətə təqdim edildi.

Xatırladaq ki, elm, təhsil və uşaqlara qayğı “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasının tərkib hissəsidir. Mobil operatorun KMS strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu