“Asan İmza” və “Rəqəmsal Ticarət Qovşağı” Estoniyada E-Hökumət üzrə ən böyük konfransda təqdim edilib


“Asan İmza” və “Rəqəmsal Ticarət Qovşağı” Estoniyada E-Hökumət üzrə ən böyük konfransda təqdim edilib


29-30 may 2018-ci il tarixlərində Estoniyanın paytaxtında rəqəmsal dünyada vətəndaşlara elektron xidmətlərin təqdim edilməsi məsələlərinə həsr olunan "Governance for Digital Citizens" 2018 elektron hökumət üzrə illik Tallin Konfransı keçirilib.



Estoniyada keçirilən konfransda rəqəmsal texnologiyalar sahəsində bir neçə dünya şöhrətli ekspertlər toplanmış, eləcə də Azərbaycan da daxil olmaqla demək olar ki, 80 ölkədən olan nümayəndələrə elektron Estoniyanın son tendensiyaları təqdim edilib. İki günlük konfransda rəqəmsal proqramlar sahəsində 30-dan çox ekspert və lider iştirak edib. Bet Simone Novek, Endryu Kin, Genale Qolt və Nils Qodfredsen əsas məruzəçilərin sırasında idilər. Konfransı Estoniya Respublikasının Prezidenti Kersti Kalyulayd açıq elan edib. Eyni zamanda Banqladeşin İKT məsələləri üzrə naziri Zunaid Əhməd Palak, Sent-Luisin Baş naziri Allen Şastane, Estoniyanın Xarici işlər naziri Sven Mikser, Estoniyanın sahibkarlıq və İT üzrə naziri Urve Palo, Avropa komissiyasının DG CONNECT üzrə Baş eksperti Vassilis Kopanas, ASAN Xidmət nəzdində Elektron Hökumətin İnkişafı Mərkəzinin rəhbəri Fariz Cəfərov, Smart Catalonia-nın direktoru Daniel Marko, Ukraynanın Elektron Hökumət üzrə Dövlət Agentliyinin rəhbəri Oleksandr Rıjenko, kənd təsərrüfatı və informasiya üzrə Estoniya birliyi direktorunun müavini Con Şamax və dünyanın hər yerindən ali təhsil müəssisələrinin bir çox nümayəndələri və rəhbər şəxsləri məruzələrilə çıxış ediblər.

Konfransın əsas məqsədi hökumətlərə mənalı və gələcəyə istiqamətlənən elektron xidmətlərin inkişafında kömək etməkdən ibarət idi. Eyni zamanda hökumətlərin elektron xidmətlərdən geniş istifadəyə önəm verdiyi hallarda xüsusi diqqət vətəndaşların və istifadəçilərin maraqlarına istiqamətlənmişdir.

Avropa İttifaqı Şərq Tərəfdaşlığının Estoniya Mərkəzilə əməkdaşlıqda təşkil olunan Azərbaycan nümayəndə heyəti panelinin məruzələri xüsusi maraq doğurmuşdu. Burada Azərbaycanın innovasiyaları “Asan İmza” mobil elektron imzanın operatoru B.EST Solutions Azərbaycan şirkətinin təsisçisi və direktoru, İnnovasiyaların İxracı Azərbaycan Konsorsiumunun AZİNNEX üzvü xanım Yana Krimpe və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ASAN Xidmət nəzdində Elektron Hökumətin İnkişafı Mərkəzinin rəhbəri Fariz Cəfərov tərəfindən təqdim edilmişdir.

Bu paneldə ASAN konsepsiyası, elektron hökumətin infrastrukturu, Rəqəmsal Ticarət Qovşağı, “Asan İmza” ilə inteqrasiya olunan elektron xidmətlər də daxil olmaqla Azərbaycanın bütün innovativ nailiyyətləri təqdim edilmişdir.

X-Road platformasının bazası əsasında transsərhəd xidmətlərin tətbiqi, e-Rezident proqramları istiqamətində Estoniya ilə Azərbaycan arasında sıx əməkdaşlıq xüsusilə qeyd edilmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan Estoniyanın X-Road platformasının analoqunu tətbiq edən ilk ölkədir. Bu platformanı Finlandiya, Ukrayna, Mavriki, Namibiya və bir çox digər ölkələr artıq tətbiq etmişdir. Hal-hazırda platformanın Kanada və Yaponiyada tətbiqi istiqamətində müzakirələr gedir. Konfransın ekspertlərilə Ukrayna, Azərbaycan, Estoniya və Finlandiya arasında X-Road platforması bazası əsasında transsərhəd elektron xidmətlərin yaradılması imkanları müzakirə edilmişdir. Bundan əlavə Azərbaycan Rəqəmsal Azərbaycanda biznesin tətbiqi məqsədilə digər ölkələrin vətəndaşları üçün rəqəmsal mobil və elektron identiteti təqdim edən e- və m-Rezident layihəsini tətbiq edən ilk ölkə hesab edilir.

Azərbaycan eyni zamanda Avropa İttifaqı Şərq Tərəfdaşlığı ilə Avropa İttifaqı ölkələri arasında transsərhəd elektron xidmətlər modelinin müzakirəsi üçün nəzərdə tutulan paneldə də iştirak etmişdir. Bu paneldə mümkün pilot layihələr – Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında elektron xidmətlərin

transsərhəd mübadiləsi üzrə praktiki addımlar müzakirə mövzusu olmuşdur. Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs ilə Estoniyanın Elektron İdarəçilik Akademiyası arasında elektron hökumətin inkişafı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi tərəflər arasında elektron hökumətin inkişafı və dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində əməkdaşlığın gücləndirilməsidir.

“Bu il Estoniya və Azərbaycan respublikalarımızın müstəqilliyinin 100 illiyini qeyd etdilər. Mən Azərbaycanın müstəqillik gününü bu konfransda Azərbaycanda keçirilən innovasiyaları və islahatları dünyaya təqdim etməklə qeyd etdim. Əminəm ki, növbəti 100 illikdə bizim ölkələr innovasiyalar və rəqəmsal iqtisadiyyatın inkişafı sahəsində məhsuldar şəkildə əməkdaşlıq edəcəklər. Mən əminəm ki, Azərbaycan əhalisinə xidmətlərin göstərilməsi modeli – ASAN Xidmət atılan ilk addımlardan biridir. Növbəti model Predictiable Government olacaq ki, burada vətəndaşlara xidmət daha aktiv şəkildə həyata keçirilərək, ən son innovasiyaları istifadə edəcəkdir. ASAN, xidmətlərin göstərilməsində sadəcə brend deyildir, o, vətəndaşlarla dövlət arasında etibarlılığın təmin edilməsində yeni platformadır. Etibarlılıq – rəqəmsal iqtisadiyyatın qurulmasında əsaslı elementlərdən biridir. Ən başlıcası, cənab Prezidentin Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının inkişafı ilə bağlı elan etdiyi sürətli islahatların davam etdirilməsidir. Bu, transsərhəd dəhlizin yeni növü - qlobal transsərhəd elektron xidmətlər üçün rəqəmsal bünövrə olacaqdır” – deyə xanım Yana Krimpe qeyd etmişdir. http://2018.tallinnconference.ee/

“Asan İmza” və “Rəqəmsal Ticarət Qovşağı” Estoniyada E-Hökumət üzrə ən böyük konfransda təqdim edilib

“Asan İmza” və “Rəqəmsal Ticarət Qovşağı” Estoniyada E-Hökumət üzrə ən böyük konfransda təqdim edilib

“Asan İmza” və “Rəqəmsal Ticarət Qovşağı” Estoniyada E-Hökumət üzrə ən böyük konfransda təqdim edilib

“Asan İmza” və “Rəqəmsal Ticarət Qovşağı” Estoniyada E-Hökumət üzrə ən böyük konfransda təqdim edilib

“Asan İmza” və “Rəqəmsal Ticarət Qovşağı” Estoniyada E-Hökumət üzrə ən böyük konfransda təqdim edilib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu