AZINNEX "Ümid yeri" uşaq evində Multimedia Mərkəzi açıb


AZINNEX "Ümid yeri" uşaq evində Multimedia Mərkəzi açıb


2 iyun 2018-ci il tarixində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təsis etdiyi Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) üzvləri sosial məsuliyyət proqramı çərçivəsində Binə qəsəbəsində yerləşən "Ümid yeri" uşaq evində valideyn qayğısından məhrum olmuş uşaqlarla görüş keçirib.

Agentliyin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, göruş zamanı uşaqlar üçün informasiya texnologiyaları üzrə baza biliklərinin yaradılması, texnologiyaların əhəmiyyəti haqqında təsəvvürün formalaşdırılması, təhsil proseslərinin müasir standartlara uyğunlaşdırılması məqsədilə AZINNEX tərəfindən təşkil olunmuş Multimedia Mərkəzinin açılışı olub. Mərkəz ümumi sahə kimi istifadə olunan müasir avadanlıq və mebellərlə, həmçinin dərslərin elektron formatda keçirilməsi üçün böyük ekran, kompyuter və printerlə təchiz olunub.

Dövlət Agentliyinin nümayəndəsi Şəbnəm Məmmədova çıxış edərək bu təşəbbüsün əhəmiyyətindən, eləcə də Dövlət Agentliyinin bu cür tədbirlərə dəstəyindən söz açıb. Bildirilib ki, mərkəzdə mütəmadi olaraq ilkin peşə biliklərinin formalaşdırılması üçün təlimlər keçiriləcəkdir.

Görüşdə iştirak edən AZINNEX-in Müşahidə Şurasının üzvləri Məhəmməd Zülfüqarlı və Cabir Cümşüdov uşaqlar üçün informasiya texnologiyalarının əhəmiyyəti, müasir trendlər, bu istiqamətdə gələcək peşə seçimləri barədə məlumat veriblər. Daha sonra uşaqların çoxsaylı sualları cavablandırılıb.

Tədbir zamanı, həmçinin Step IT Academy tərəfindən uşaqların maraqla qarşıladığı robotics üzrə təlim keçirilib. Təlimdə aktiv iştirak edən 4 uşaq üzv şirkətlərin dəstəyi ilə Akademiyanın yay düşərgəsində iştirak edəcəkdir.

Görüşdə AZINNEX nümayəndələri tərəfindən uşaqlara bayram hədiyyələri paylanılıb.

AZINNEX "Ümid yeri" uşaq evində Multimedia Mərkəzi açıb

AZINNEX "Ümid yeri" uşaq evində Multimedia Mərkəzi açıb

AZINNEX "Ümid yeri" uşaq evində Multimedia Mərkəzi açıb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu