Ramazan bayramında Azercell abunəçilərinə pulsuz dəqiqələr


Ramazan bayramında Azercell abunəçilərinə pulsuz dəqiqələr


Azərbaycanın lider mobil operatoru Azercell Telekom hər zamankı kimi müştərilərinin qayğısına qalaraq Ramazan Bayramı münasibətilə abunəçilərinə əsl bayram kampaniyasını təqdim edir.



Doğmalarınız ilə bayram sevincini yaşamaq və sevdiklərinizlə bolluca danışmaq üçün şirkət bütün Fakturalı xətt və SimSim abünəçilərinə 60 şəbəkədaxili dəqiqə hədiyyə edir. Kampaniyadan yararlanmaq üçün 15-16.06.2018 tarixlərində RAMAZAN yazıb 5005-ə SMS ilə göndərmək kifayətdir. 5005-ə göndərilən istək SMS-ləri pulsuzdur. Təqdim olunan pulsuz dəqiqələrdən 2 gün ərzində istifadə etmək mümkündür. Hər abunəçi kampaniyadan yalnız 1 dəfə yararlana bilər.

Azercell Telekom bütün Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edir!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu