Azercell beynəlxalq qurum tərəfindən mükafatlandırılıb

Xəbərin çap versiyası
Tarix: 11-07-2018, 13:37    |    Xəbər oxunub: 532 dəfə

Azercell beynəlxalq qurum tərəfindən mükafatlandırılıb


Uğurlu fəaliyyəti ilə yerli və beynəlxalq təşkilatların diqqətini özünə cəlb edən Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC “Qlobal Liderlər Klubu” tərəfindən Azərbaycanda idarəetmə və dayanıqlı inkişaf sahəsində “Ən yaxşı şirkət”, Vahid Mürsəliyev isə “İlin rəhbəri” kimi ödülləndiriliblər. “Qlobal Liderlər Klubu”-nun Barselonada keçirilən xüsusi tədbirində mükafat Azercell-in prezidenti Vahid Mürsəliyevə təqdim olunub.

“Qlobal Liderlər Klubu”nun təntənəli təltifetmə mərasimində çıxış edən “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev təşkilatçılara və münsiflər heyətinə yüksək mükafata və etimada görə təşəkkür edərək təşkilatların idarə olunmasında inkişaf göstəricisi olan beynəlxalq mükafatlar şirkət üçün həm qürür verici, həm də olduqca məsuliyyətli olduğunu bildirib. “Azercell Telekom öz biznesində cəmiyyətin dayanıqlı inkişafına xüsusi önəm verən şirkətdir. Bu sahədə bizim məqsədimiz telekommunikasiya və yeni həlləri vasitəsilə insan həyatını asanlaşdırmaq, onun keyfiyyətini artırmaqdır. Azercell-in fəaliyyətinə beynəlminəl səviyyədə qiymət verilməsi bizim üçün həm şirkəti, həm də Azərbaycanı beynəlxalq arenada tanıtmaq üçün daha bir imkandır” deyə şirkət prezidenti bildirib.

Azercell-in Korporativ Sosial Məsuliyyət və İnsan Qaynaqları sahəsində həyata keçirdiyi layihələr və əldə etdiyi beynəlxalq keyfiyyət sertifikatları “Qlobal Liderlər Klubu” üzvlərinin şirkətin xeyrinə ses verməsinə təsir edib. Yüksək qiymət alan fəaliyyət növləri sırasına Azercell-in Azərbaycanda kiber təhlükəsizliyin təmin və təbliğ edilməsinə dair gördüyü işlər daxil oldu. Belə ki, İnternetin insanın gündəlik həyatına artan təsirini, xüsusilə də internetdə uşaqların müdafiəsinin vacibliyini nəzərə alaraq, Azercell Telekom orta məktəblərdə şagirdlər, müəllimlər və valideynlər üçün “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda açıq təlimlər həyata keçirir. Eyni zamanda, həm böyükləri, həm də balacaları internetdən gələn təhlükələrdən qorumaq üçün Azercell Telekom hələ 2 il bundan öncə “Azercell Plus Təhlükəsizlik” proqramı çərçivəsində Kaspersky “Universal Müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti” tətbiqlərini istifadəyə verib.

“Qlobal Liderlər Klubu”nun Azercell Telekom-u “Ən yaxşı şirkət” tituluna layiq görməsinin daha bir səbəbi kimi lider operatorun İnsan Qaynaqlarının idarə olunmasında apardığı proseslərin və mövcud sistemlərin ən müasir beynəlxalq standartlara uyğun olması vurğulandı. Xatırladaq ki, Azercell Telekom 2018-ci ilin əvvəlində “Investors in People” (IIP) - İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunmasında davamlı inkişafın göstəricisi kimi QIZIL sertifikat qazanmışdır. Azercell Azərbaycanda Qızıl IIP sertifikatına layiq görülən ilk şirkət, MDB məkanında isə yeganə telekommunikasiya şirkətidir.

Məlumat üçün bildirək ki, 2006-ci ildə fəaliyyətə başlayan “Qlobal Liderlər Klubu”nun üzvləri dünyada sosial və iş həyatının müxtəlif sahələrində uğur qazanan görkəmli dövlət və ictimai xadimləri, iş adamları və sahibkarlardır. Bu il Avropa, Asiya, Afrika və Yaxın Şərq ölkələrindən dəvət olunan iş adamları, dövlət qurumların və özəl şirkətlərin yüksək səviyyəli rəhbərləri, alim və həkimlər sosial tərəqqinin inkişafı üçün bir araya gəliblər. “Qlobal Liderlər Klubu”nun “EBA Global” adlı Xüsusi Sessiyası zamanı VİP Loyallıq Proqramı üzvləri və Orta Şərq, Afrika və Asiyadan olan fəxri qonaqlar müasir biznes adamı üçün şəxsi brendin formalaşdırılmasının əhəmiyyəti barədə müzakirələr aparıb və təmsil etdikləri ölkələrin biznes arenalarında əldə etdikləri nailliyyətləri bölüşüblər.

Azercell beynəlxalq qurum tərəfindən mükafatlandırılıb

Azercell beynəlxalq qurum tərəfindən mükafatlandırılıb





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Yaponiya bankının İrana sanksiya tətbiq etməsi nəyi dəyişəcək?-

Yaponiya bankının İrana sanksiya tətbiq etməsi nəyi dəyişəcək?- ŞƏRH

Sahil Babayev Lənkəran rayonunda 5 rayonun sakinləri ilə görüşüb

Sahil Babayev Lənkəran rayonunda 5 rayonun sakinləri ilə görüşüb

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

Qənirə Paşayeva Masallıda Aprel döyüşləri şəhidlərinin ailələrini ziyarət edib-

Qənirə Paşayeva Masallıda Aprel döyüşləri şəhidlərinin ailələrini ziyarət edib- FOTOLAR

"Asan İmza"dan istifadə 2,5 manat oldu: üstünlüklər haqda

Daşınmaz əmlak idarəçiliyi və özəlləşmə sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Daşınmaz əmlak idarəçiliyi və özəlləşmə sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib

Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib

Prezident Parisdə bır sıra görüşlər keçirib-

Prezident Parisdə bır sıra görüşlər keçirib- YENİLƏNİB

Paşinyan Qarabağda müharibə riski haqda:

Paşinyan Qarabağda müharibə riski haqda: Rusiya buna imkan verməz

İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirilib

İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirilib

Sabah Bakıda havanın temperaturu 32 dərəcə olacaq

Sabah Bakıda havanın temperaturu 32 dərəcə olacaq

Xidməti vətəndaş ünvanına aparan kampaniya bu dəfə Yevlaxda

Xidməti vətəndaş ünvanına aparan kampaniya bu dəfə Yevlaxda

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur