Azercell-in “Mobil Göz Klinikası” Ağdama gedir!

Xəbərin çap versiyası
Tarix: 13-09-2018, 17:04    |    Xəbər oxunub: 524 dəfə
Azercell-in “Mobil Göz Klinikası” Ağdama gedir!


Klinikanın həkimləri Ergi kəndində pulsuz xidmət göstərəcəklər



Insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr həyata keçirən “Azercell Telekom” MMC 7 ildir “Mobil Göz Klinikası” ilə aztəminatlı ailələrin və uşaqların ümid yerinə çevrilib. 2011-ci ildən indiyə qədər Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə, eyni zamanda rayonlarımıza səfər edən, minlərlə ehtiyacı olan insana yardım edən klinikanın həkimləri sentyabrın 14-də Ağdamın Ergi kəndində xəstələri qəbul edəcəklər. Göz xəstəliklərindən əziyyət çəkən insanlar Azercell-in bu unikal layihəsindən yararlana bilərlər. Klinikaya müraciət etməklə insanlar peşəkar oftalmoloqların, mütəxəssislərin müayinəsindən keçib, gözlərin qorunması üçün zəruri məsləhətlər almaq imkanı əldə edəcəklər. Ehtiyac olan təqdirdə xəstələrə eynək reseptləri də yazılacaq. Respublika miqyaslı bu təşəbbüs Ağdamda da valideyn himayəsindən məhrum olan uşaqları, həmçinin ahılları və aztəminatlı ailələri əhatə edəcək. Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində təkcə ötən ildən etibarən “Mobil Göz Klinkası”nda ümumilikdə 2300-ə yaxın şəxs müayinədən keçib.

Qeyd edək ki, fəaliyyət göstərdiyi 22 il ərzində çoxsaylı Korporativ Sosial Məsuliyyət layihələrini həyata keçirən Azercell Telekom ölkədə müxtəlif sosial layihələrin həyata keçirilməsinə, sahibkarlığın, insan qaynaqlarının inkişafına 1996-2017-ci illər ərzində 18 milyon 718 min 649,12 ABŞ dolları həcmində vəsait sərf edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

"Vikipediya”da Raquf Orucov haqqında ingilis dilində məqalə yaradılıb

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi:

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi: AZAL prezidentindən 400 milyon tələb olunur

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Tanınan aktyor təhsil nazirinə müraciət etdi:

Tanınan aktyor təhsil nazirinə müraciət etdi: “...Siz də məsuliyyət daşıyırsınız!”

Elektrovoz relsdən çıxdı:

Elektrovoz relsdən çıxdı: Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib

İranda hərbi parad zamanı terror:

İranda hərbi parad zamanı terror: 10 hərçi ölüb, 21 yaralı var-YENİLƏNİB+VİDEO

İstirahət günlərinə gözlənilən hava proqnozu

İstirahət günlərinə gözlənilən hava proqnozu

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur