Peşəkar video mütəxəssisləri və blogerlər hazırlanacaq

Xəbərin çap versiyası
Tarix: 14-09-2018, 12:25    |    Xəbər oxunub: 520 dəfə
Peşəkar video mütəxəssisləri və blogerlər hazırlanacaq


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT-nin Tətbiqi və Tədrisi Mərkəzi “KATV1” şirkəti ilə birlikdə peşəkar video mütəxəssisləri və video blogerlərin hazırlanması üzrə təlimlərə start verir.



Bu məqsədlə İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin multimedia studiyasının bazasında “KATV1” şirkəti ilə birlikdə “Myvideo Academy” layihəsinə start verilir.

Layihənin məqsədi video texnologiyalar sahəsində daha çox mütəxəssisin hazırlanması, onların peşəkarlığının artırılması və video blogerlik peşəsinin təbliğidir. Keçirilən təlimlərdə iştirakçılar tanınmış təlimçilərdən dərslər alacaq, real multimedia studiyasında praktiki dərslər keçəcək, tanınmış şərhçilər və blogerlərin master dərslərində iştirak edəcəklər.

Layihə çərçivəsində iştirakçılar müxtəlif televiziya kanallarında təcrübə keçməklə yanaşı, özləri video materiallar hazırlamaq imkanı əldə edəcəklər. Təlim iştirakçıları video süjetlər çəkəcək, onları montaj edəcək və “myvideo-az” portalında hazırladıqları süjetləri təqdim edəcəklər. Layihənin əsas özəlliyi təlimləri uğurla başa vuran iştirakçıların “KATV1” şirkətində və yaxud digər tərəfdaş təşkilatlarda iş qazanmaq imkanı olacaqdır.


Bu layihə sayəsində ölkəmizdə video texnologiyalar sahəsi üzrə peşəkar mütəxəssislərin hazırlanmasına töhfə veriləcək.

Təlimlərin proqramı ilə İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin rəsmi internet səhifəsi olan iktlab-az saytında tanış olmaq mümkündür.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

"Vikipediya”da Raquf Orucov haqqında ingilis dilində məqalə yaradılıb

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi:

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi: AZAL prezidentindən 400 milyon tələb olunur

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Tanınan aktyor təhsil nazirinə müraciət etdi:

Tanınan aktyor təhsil nazirinə müraciət etdi: “...Siz də məsuliyyət daşıyırsınız!”

Elektrovoz relsdən çıxdı:

Elektrovoz relsdən çıxdı: Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib

İranda hərbi parad zamanı terror:

İranda hərbi parad zamanı terror: 10 hərçi ölüb, 21 yaralı var-YENİLƏNİB+VİDEO

İstirahət günlərinə gözlənilən hava proqnozu

İstirahət günlərinə gözlənilən hava proqnozu

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur