Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsinin növbəti iclası keçirilib

Xəbərin çap versiyası
Tarix: 14-09-2018, 12:41    |    Xəbər oxunub: 681 dəfə
Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsinin növbəti iclası keçirilib


Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsinin iclası keçirilib.



İclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Vergilər, İqtisadiyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının, eləcə də “Azexport” portalının, Regional İnnovativ Texnologiyalar Akademiyasının, “VialonServis” və “ALbuket.az” saytının nümayəndələri iştirak edib.

İclasda Təşkilat Komitəsinin rəhbəri, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev bildirib ki, ölkədə elektron ticarətin inkişafı, bu istiqamətdə dövlət və özəl qurumlar arasında tərəfdaşlığın gücləndirilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ardıcıl işlər aparılır. O qeyd edib ki, bu istiqamətdə aparılan işlər Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da elektron ticarətin inkişafı ilə bağlı hədəflərə əsaslanır.

“24-25 sentyabr 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Avropa İttifaqının birgə təşkilatçılığı ilə Bakı Elektron Ticarət Forumu - “BEF-2018” beynəlxalq tədbirin keçirilməsi ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin əmri ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət Təşkilat Komitəsi yaradılıb. Ötən dövr ərzində Forumun maraqlı və faydalı keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi tərəfindən bir çox işlər görülüb. Bakı E-ticarət Forumu ölkəmizdə e-ticarət sahəsində bu miqyasda təşkil olunan ilk beynəlxalq tədbirdir. Hesab edirəm ki, elektron ticarətin inkişafına təkan verəcək” - deyə nazirin birinci müavini bildirib.

Toplantıda Forumda iştirak üçün 300-dən artıq yerli və beynəlxalq iştirakçının qeydiyyatdan keçdiyi, habelə, Forum çərçivəsində bir sıra maraqlı tədbirlərin keçiriləcəyi vurğulanıb.

Daha sonra Təşkilat Komitəsinin üzvü, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov görülmüş işlər, Forumun proqramı, iştirak edəcək xarici qonaqlar, spikerlər, tərəfdaşlar və iştirakçılar barədə geniş məlumat verib.

O, beynəlxalq inkişaf agentliklərinin, özəl sektorun və rəqəmsal platformaların qabaqcıl nümayəndələrini bir araya gətirəcək Forum çərçivəsində təşkil olunacaq tədbirlər sırasında tanınmış beynəlxalq ekspertlər tərəfindən E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə xüsusi sessiyanın (master klas) təşkil olunacağını bildirib.

“Fairmont Bakı” otelində keçiriləcək Bakı E-ticarət Forumu çərçivəsində e-ticarət, onlayn ödəniş platformaları, e-ticarət həlləri üzrə ixtisaslaşan şirkət və qurumlar öz məhsullarını nümayiş etdirəcəklər. Sərgi Forum iştirakçılarına müxtəlif yeniliklərlə tanış olmaq və yeni işgüzar əlaqələr qurmaq imkanı verəcək.

İclas çərçivəsində daha sonra Təşkilat Komitəsinin üzvlərinin sual və təklifləri müzakirə olunub.

Təkliflər Təşkilat Komitəsinin gündəliyinə daxil edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Prezident bu şəxslərin pensiyasını artırdı

Prezident bu şəxslərin pensiyasını artırdı

“Laçın” Ticarət Mərkəzinin sahibinin oğluna hökm oxunub

“Laçın” Ticarət Mərkəzinin sahibinin oğluna hökm oxunub

Fuad Poladovun 71 illiyinə

Fuad Poladovun 71 illiyinə

Balans Studiyası Tofiq Tağızadənin 100 illiyinə “Mateo Falkone” filmini bərpa etdi-

Balans Studiyası Tofiq Tağızadənin 100 illiyinə “Mateo Falkone” filmini bərpa etdi- FOTOLAR

“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur

“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur

Ermənistan ordusu Azərbaycan müdafiə nazirinə atəş açmaq istəyib?-

Ermənistan ordusu Azərbaycan müdafiə nazirinə atəş açmaq istəyib?- AÇIQLAMA

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər

"Tural Mirzəliyev məktəb direktoru ampluasından çıxmış biridir"- Mətbuat Şurası rəsmisindən açıqlama

"Yeni Yasamal" MTK işində "Şərurlu İsfəndiyar" necə peyda oldu?- Zərərçəkmişlər: "Bizə deyir pul verin..."

Kişi arvadından polisə şikayət etdi:

Kişi arvadından polisə şikayət etdi: “Məni döyür”

Bu gün ETSN işçilərinin peşə bayramıdır

Bu gün ETSN işçilərinin peşə bayramıdır

Deputat Rüfət Quliyev Lənkəran hava limanını Rusiyaya icarəyə verməyi təklif etdi

Deputat Rüfət Quliyev Lənkəran hava limanını Rusiyaya icarəyə verməyi təklif etdi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur