“Nar” İsmayıllıda 4G şəbəkəsini qurdu

Xəbərin çap versiyası
Tarix: 20-09-2018, 18:06    |    Xəbər oxunub: 547 dəfə
“Nar” İsmayıllıda 4G şəbəkəsini qurdu


Ölkənin ən gənc mobil operatoru olan “Nar” yüksək keyfiyyətli 4G şəbəkəsini bölgələrdə sürətlə artırmağa davam edir. 4G şəbəkəsinin istismara verildiyi növbəti region İsmayıllı oldu. Bununla da İsmayıllıda 2G, 3G, 4G baza stansiyalarının ümumi sayı 68-ə çatdı. Nəticədə İsmayıllı sakinləri keyfiyyətli və yüksək sürətli mobil rabitə xidmətləri ilə təmin edilir.



Hazırda “Nar” 4G şəbəkəsinin əhatə dairəsini bütün Azərbaycan boyunca sürətlə genişləndirir və ölkədə ən geniş 4G şəbəkələrindən birinə malikdir. Bölgələrə xüsusi diqqətilə seçilən mobil operator, 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim edir. Aparılan şəbəkə işlərinin nəticəsi olaraq 37 bölgə “Nar” 4G şəbəkəsi ilə əhatə olunub. Hazırda ölkə ərazisində 1326 sayda 4G, 2645 sayda isə 3G baza stansiyaları fəaliyyətdədir. Bununla da “Nar” abunəçilərinin böyük bir qismi yüksəksürətli internetə çıxış əldə edib. 4G keyfiyyəti ilə yanaşı “Nar”-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
İcra başçısının qardaşı oğlu belə yaşayır-

İcra başçısının qardaşı oğlu belə yaşayır- FOTOLAR

“Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda tədbirlər keçiriləcək

“Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda tədbirlər keçiriləcək

Prezident İmişlidə açılışlar edib-

Prezident İmişlidə açılışlar edib- yenilənib+FOTOLAR

MTN çetesi “Koçak Gold”un 39 kiloqram qızılını necə yağmalayıb

MTN çetesi “Koçak Gold”un 39 kiloqram qızılını necə yağmalayıb

Kanadada marixuana qıtlığı:

Kanadada marixuana qıtlığı: vətəndaşlar qəzəbləndi

DTX-dan sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

DTX-dan sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu

Ekspert:

Ekspert: “STAR-ın açılması Azərbaycan və Türkiyənin enerji siyasəti baxımından çox vacibdir"

Yol polisində oliqarxa çevrilmiş idarə rəisi Tariyel Məmmədov kimdir?

Yol polisində oliqarxa çevrilmiş idarə rəisi Tariyel Məmmədov kimdir?

Rəşad Mahmudov seçicilərlə görüşüb

Rəşad Mahmudov seçicilərlə görüşüb

20 noyabrda keçiriləcək hərraca 51 dövlət əmlakı çıxarılıb

20 noyabrda keçiriləcək hərraca 51 dövlət əmlakı çıxarılıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur