"Bakcell" Qəbələdə yeni mərkəzini açıb- FOTOLAR


"Bakcell" Qəbələdə yeni mərkəzini açıb-


Qəbələ şəhərində "Bakcell"in yeni satış və müştəri xidmətləri mərkəzinin açılışı olub.

Açılışda "Bakcell"in baş icraçı direktoru Nikolay Beckers, şirkət nümayəndələri, jurnalistlər və bir sıra qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nikolay Beckers Qəbələ sakinlərini bu münasibətlə təbrik edib. O bildirib ki, Bakcell şirkəti müştəri xidmətləri mərkəzlərinin və xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlərini bundan sonra da davam etdirəcək.

Qeyd edək ki, Bakcell-in regionlarda ümumilikdə 22 müştəri xidmətləri mərkəzi fəaliyyət göstərir.

Nikolay Beckers mərasimdə Bakcell-in yeni "Wi-fi router" modemini də ictimaiyyətə təqdim edib.

"İstifadəçilər bu cihaza sahib olmaqla evdə, işdə rahat şəkildə yüksək sürətlə internetə daxil ola bilərlər. Modem vasitəsilə eyni anda 100 metr radiusda olan 32 istifadəçi internetə qoşula bilər", deyə Beckers bildirib.

Bakcell-in "Wi-fi router" cihazı barədə ətraflı olaraq http://Bakcell.com/az/simsizinternet saytından məlumat əldə edə bilərsiniz.

Baş icraçı direktor Qəbələdə 4G şəbəkəsinin olduğunu qeyd edib və gələcəkdə bütün ölkə ərazisini 4G şəbəkəsi ilə əhatə etməyi planlaşdırdıqlarını, bu istiqamətdə işlər aparıldığını söyləyib.

O, bu il Bakcell-in Ookla şirkəti tərəfindən ölkənin ən sürətli mobil şəbəkəsi seçildiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, "Bakcell" ötən il də P3 Communications şirkəti tərəfindən aparılmış sınaq nəticələrinə görə ölkənin ən yaxşı mobil şəbəkəsi (Best in Test) adına layiq görülmüşdür.

"Bakcell" Qəbələdə yeni mərkəzini açıb-

"Bakcell" Qəbələdə yeni mərkəzini açıb-

"Bakcell" Qəbələdə yeni mərkəzini açıb-

"Bakcell" Qəbələdə yeni mərkəzini açıb-

"Bakcell" Qəbələdə yeni mərkəzini açıb-

"Bakcell" Qəbələdə yeni mərkəzini açıb-

"Bakcell" Qəbələdə yeni mərkəzini açıb-

"Bakcell" Qəbələdə yeni mərkəzini açıb-

"Bakcell" Qəbələdə yeni mərkəzini açıb-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu