“Dünya Görmə Günü”ndə "Azercell"dən pulsuz göz müayinəsi

Xəbərin çap versiyası
Tarix: 11-10-2018, 17:50    |    Xəbər oxunub: 519 dəfə
“Dünya Görmə Günü”ndə "Azercell"dən pulsuz göz müayinəsi


Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə oktyabr ayının ikinci cümə axşamı hər il Dünya Görmə Günü (World Sight Day) kimi qeyd edilir.

Korluğun qarşısının alınması üzrə Beynəlxalq Agentliyin məlumatına əsasən, dünyada təqribən 300 milyona yaxın insanın gözlə bağlı problemləri vardır. Onların 39 milyonu görmə qabiliyyətini tamamilə itirib. Görmə problemləri olan insanların 19 milyonu uşaqlardır, onlardan 1,5 milyon uşaq tam korluqdan əziyyət çəkir. Dünyada hər il görmə problemləri olan insanların sayı 45 min artır. Həkimlərin rəyinə görə, vaxtında müdaxilə olunarsa, korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Gözlərin müayinəsi və eynəklərlə təminat nəticəsində yer kürəsində 153 milyon insanın həyatı dəyişə bilər. İnsanların rifahına və gələcək nəslin sağlam böyüməsinə yönəlik bır sıra sosial təşəbbüsləri dəstəkləyən və fəaliyyəti boyunca bu yöndə layihələr həyata keçirən “Azercell Telekom” MMC-nin ”Mobil Göz Klinikası” il boyu olduğu kimi, təqvimdəki bu gün münasibətilə də növbəti səfərə çıxıb. Belə ki, şirkətin dəstəyilə ilə yaradılan və artıq 7 ildir fəaliyyət göstərən “Mobil Göz Klinikası”nın həkimləri 11 oktyabrda Zabrat qəsəbəsində yerləşən sosial sığınacaq və reabilitasiya müəssisəsində oftalmoloji müayinə keçiriblər. Klinkanın həkimləri qaçqın və məcburi köçkünləri, şəhid ailələrini, onların uşaqlarını, xəstə və kimsəsiz, xüsusi ehtiyacı olan azyaşlıları, uğursuz ailədən olan uşaqları, ahılları, əlilləri müayinə ediblər.

Qeyd edək ki, 2011-ci il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan “Mobil Göz Klinikası” Bakı şəhəri daxil olmaqla Azərbaycanın əksər rayonlarında uşaq və ahıllar evlərini, məktəbləri ziyarət edir. Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilirən müayinələr zamanı insanlara peşəkar oftalmoloqlar, mütəxəssislər xidmət göstərir, gözlərin qorunması üçün zəruri məsləhətlər verirlər. 2017-ci ildə Azercell “Mobil Göz Klinikası”nda Bakı və bölgələrdən 1426 nəfər pulsuz göz müayinəsindən keçib. 7 il ərzində isə 6063 nəfər bu unikal layihədən yararlanıb.

“Dünya Görmə Günü”ndə "Azercell"dən pulsuz göz müayinəsi

“Dünya Görmə Günü”ndə "Azercell"dən pulsuz göz müayinəsi





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi:

Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi: həbslər başladı

Bakıda universitetdə qəribə qadağa-

Bakıda universitetdə qəribə qadağa- FOTOFAKT

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

Sarov kəndində səyyar qəbul keçirilib

Sarov kəndində səyyar qəbul keçirilib

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb-

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb- Audit hesabatı

Məktəbdə pambıq tarlası salınıb-

Məktəbdə pambıq tarlası salınıb- FOTOLAR

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Qaşıqçını buna görə öldürdülər:

Qaşıqçını buna görə öldürdülər: İsrailin ifşa etdiyi planın detalları

Hökumət yaşayış minimumunun məbləğini artırır

Hökumət yaşayış minimumunun məbləğini artırır

Aİİ-də “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib-

Aİİ-də “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib- FOTOLAR

Rövnəq Abdullayev:

Rövnəq Abdullayev: “Həyata keçirilmiş sərmayələr SOCAR-ı Türkiyənin ən böyük xarici investoruna çevirib”

Respublika Klinik Xəstəxanasında həkim səhlənkarlığı daha bir can aldı

Respublika Klinik Xəstəxanasında həkim səhlənkarlığı daha bir can aldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur