"Azercell"in Barama Mərkəzi Gəncədəki startapçı gənclərə dəstəyini davam etdirir

Xəbərin çap versiyası
Tarix: 12-10-2018, 14:44    |    Xəbər oxunub: 510 dəfə
"Azercell"in Barama Mərkəzi Gəncədəki startapçı gənclərə dəstəyini davam etdirir


"Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə yerli startapların inkişafında öz iştirakını davam etdirir.

Şirkətdən AFN-ə verilən məlumata görə, mərkəz əməkdaşları bu dəfə Azərbaycan Texnologiya Universitetində fəaliyyət göstərən Barama Gəncə Mərkəzində startapları bir araya gətirib. “Startapçı həyatından bir gün” adlı bu görüş biznes ideyalarının stimullaşdırılmasını və praktik biliklərin paylaşılmasını təmin etmək məqsədi daşıyıb. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin əməkdaşları sahibkarlıq haqqında maarifləndirici məlumatları startaplarla bölüşərək, öz işlərini qurmaq üçün onlara dəyərli məsləhətlər veriblər. Mərkəz əməkdaşları eyni zamanda sahibkar olmağın çətinlik və üstünlükləri haqqında danışıb, görüş iştirakçılarının suallarını cavablandırıblar. Həmçinin, Mərkəzin rezindentlərindən olan “Owbike” startap-ının rəhbəri Həsənağa Azad da bu görüşdə öz təcrübəsini paylaşıb. “Niyə startapçı olmalısınız?”, “Startap qurmağa nədən başlamaq lazımdır?”, “Nələrə diqqət edilməlidir?” kimi suallara tam ətraflı və detallı cavab verib, dünya təcrübəsinə əsaslanan məlumatları yerli entuziast gənclərlə paylaşıb.

Gəncədə keçirilən tədbir möhtəşəm ideyası olan və öz biznesinə başlamaq istəyən, və yaxud hələ konkret bir ideyası olmayan, amma sahibkar olmaq istəyən insanlar üçün əla fürsət olub.

Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Gəncədə fəaliyyət göstərən startaplara dəstək olmaq məqsədilə indiyə qədər bir çox layihələr reallaşdırıb. PAŞA Bankın dəstəyi ilə ötən il Gəncə şəhərində Barama İnnovasiya və Sahibkarlıq mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin açılmasında əsas məqsəd gənclərin innovativ ideyalarını reallaşdırmaqda onlara dəstək olmaq, Startup mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, gənclər tərəfindən müxtəlif mövzularda layihələrin yaradılmasına yardımçı olmaq, universitetdə təhsil alan tələbələrin Barama Mərkəzinə layihələrini təqdim etməsinə imkan yaratmaqdır.

"Azercell"in Barama Mərkəzi Gəncədəki startapçı gənclərə dəstəyini davam etdirir

"Azercell"in Barama Mərkəzi Gəncədəki startapçı gənclərə dəstəyini davam etdirir

"Azercell"in Barama Mərkəzi Gəncədəki startapçı gənclərə dəstəyini davam etdirir





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Polşada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş forum keçirilib-

Polşada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş forum keçirilib- VİDEO+FOTOLAR

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırıb

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırıb

Tanınmış telejurnalist Nərgiz Cəlilova ilə maraqlı görüş keçirilib-

Tanınmış telejurnalist Nərgiz Cəlilova ilə maraqlı görüş keçirilib- FOTOLAR

İcazəsiz ov edən 204 nəfərə cərimə tətbiq edilib

İcazəsiz ov edən 204 nəfərə cərimə tətbiq edilib

Ölkəmizdə pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb

Ölkəmizdə pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

“Bu yol çox böyük bir yolun davamıdır”-

“Bu yol çox böyük bir yolun davamıdır”- Aqil Acalov

Bakıda qəzet redaksiyası soyğunçuluğa məruz qaldı

Bakıda qəzet redaksiyası soyğunçuluğa məruz qaldı

Özəlləşdirmədə geniş seçim imkanı:

Özəlləşdirmədə geniş seçim imkanı: 73 dövlət əmlakı hərracda

Bu yolda hərəkət dəyişdi

Bu yolda hərəkət dəyişdi

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 16,07 faiz artıb

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 16,07 faiz artıb

Villa sahibləri Badamdardan qaçır:

Villa sahibləri Badamdardan qaçır: Evləri gözətçilər qoruyur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur