“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırıb

Xəbərin çap versiyası
Tarix: 15-10-2018, 20:43    |    Xəbər oxunub: 569 dəfə
“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırıb


Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Təhsil Avtobusu-2018” yay məktəbi layihəsinə göstərdiyi dəstəyə görə mükafatlandırılıb.

Belə ki, XII Azərbaycan beynəlxalq təhsil sərgisi çərçivəsində keçirilmiş “Təhsil avtobusu – 2018” yay məktəbi layihəsinə dəstək olan qurumların mükafatlandırılması mərasimində Bakcell şirkəti layihənin uğurla həyata keçirilməsinə dəstək verdiyi üçün təşəkkürnamə ilə təltif olunub.

“Təhsil Avtobusu” Yay Məktəbi “Azərbaycan üçün Öyrət” Milli Təhsil Proqramının Azərbaycanın müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. “Təhsil Avtobusu - 2018” Bakı şəhərindən yola düşərək Bakı-Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edib. Ucqar kəndlərdə tikilən modul tipli məktəblər də daxil olmaqla 5 bölgənin 20 kənd, 17 şəhər məktəbindən ümumilikdə 140-a yaxın şagird peşəkar təlimçi və ekspertlər tərəfindən keçirilən fərdi-inkişaf təlimləri və komanda-öyrədici intellektual yarışlarda iştirak edib.

Bakcell artıq ikinci ildir ki, “Təhsil Avtobusu” Yay Məktəbi layihəsinə dəstək göstərir.

Sosial məsuliyyətli şirkət olaraq, Bakcell uşaqların inkişafı və təhsilini xüsusi diqqət mərkəzində saxlayır. Şirkətin həyata keçirdiyi “Bakcell Stars” adlanan Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir. Bakcell şirkəti gənclərin təhsil almasına və karyera qurmasına dəstək göstərmək və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməyə yönəlmiş uğurlu fəaliyyətini davam edəcək.

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırıb





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
8 min manata kimi maaş alanlar gəlir vergisindən nə zaman azad olacaq?

8 min manata kimi maaş alanlar gəlir vergisindən nə zaman azad olacaq?

Qadın polis sosial medianı coşdurdu-

Qadın polis sosial medianı coşdurdu- VİDEO+FOTOLAR

“WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

“WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

Günel Səfərova:

Günel Səfərova: “Amerikada insan hüquqları təkcə qanun deyil, həm də bir mədəniyyətdir”

NASA səsdən sürətli təyyarə istehsalına başladı

NASA səsdən sürətli təyyarə istehsalına başladı

Bakıda 10-a yaxın bağçanın müdiri işdən çıxarıldı

Bakıda 10-a yaxın bağçanın müdiri işdən çıxarıldı

BDU-nun giriş-çıxışı bağlandı:

BDU-nun giriş-çıxışı bağlandı: Abel Məhərrəmov həbs olunur?

Kamran Ağayev millidən kənarlaşdırıldı

Kamran Ağayev millidən kənarlaşdırıldı

Fransada polislə etirazçıların toqquşmasında 400-dən çox insan xəsarət alıb

Fransada polislə etirazçıların toqquşmasında 400-dən çox insan xəsarət alıb

Ötən həftə Türkiyə ordusu 68 terrorçunu məhv edib

Ötən həftə Türkiyə ordusu 68 terrorçunu məhv edib

Sabiq deputat “Nəsimi” bazarında satıcı işləyir-

Sabiq deputat “Nəsimi” bazarında satıcı işləyir- VİDEO+FOTOLAR

Messengerdən möhtəşəm yenilik

Messengerdən möhtəşəm yenilik

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur