Proqramçıların sevimli müsabiqəsi başlayır

Xəbərin çap versiyası
Tarix: 8-11-2018, 13:00    |    Xəbər oxunub: 527 dəfə
Proqramçıların sevimli müsabiqəsi başlayır


“Barama FinTech Hackathon” yarışmasına start verildi



İnformasiya texnologiyaları sahəsində kreativ fikirləriniz, maraqlı ideyalarınız varsa, bu yarışma sizin üçündür! “Azercell Telekom” MMC-nin Barama İnnovasiya Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə proqramçıların sevimli müsabiqəsi “Barama FinTech Hackathon” yarışmasına start verilir.

Hackathon FinTech maliyyə məhsullarını inkişaf etdirmək və yeni texnologiyaları kəşf etmək üçün proqramçıları və dizaynerləri bir araya gətirir. Müsabiqə risklərin idarə edilməsi, ticarət, investisiya, şəxsi maliyyələr, “big data”, pərakəndə bankçılıq, tənzimləmə uyğunluğu, mobil ödənişlər və sosial sahədəki yenilikləri əhatə edir. Artıq ölkəmizdə altıncı dəfə təşkil olunan “Barama Hackathon” müsabiqəsində iştirakçılar 36 saat ərzində proqramlaşdırmaq, öz ideyalarını həyata keçirmək və məhsullarını münsiflər heyətinə təqdim etmək imkanı əldə edəcəklər. Müxtəlif təcrübə və bacarıqlara malik 50 iştirakçı 24-25 noyabr 2018-ci il tarixdə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində 3 nəfərdən ibarət komandalar şəklində bir araya gələrək müxtəlif sahələrdə mövcud problemlərlə bağlı həllər hazırlayacaqlar. 15 yaşdan yuxarı və texniki biliklərə malik olan hər kəs 21.11.2018-ci il tarixinə qədər http://hackathon.barama.az/ saytında qeydiyyatdan keçib, yarışmada iştirak edə bilər. Müraciət edən şəxslərə elektron poçt vasitəsilə təsdiq məktubu göndəriləcək, iştirakçılar müsabiqəyə qoşulmaq üçün məktuba cavab olaraq öz iştiraklarını təsdiq etməlidirlər.

Qeyd edək ki, müsabiqənin media dəstəyi Technote Media-ya məxsusdur.

Gənclərin öz innovativ fikirlərini həyata keçirməsinə və biznes qurmasına imkan yaradan “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq 9 ildir ki, uğurla fəaliyyət göstərir. Mərkəzin ölkəmizdə təşkil etdiyi yerli və beynəlxalq layihələr sahibkarlığa dəstək vermək, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən və yaranmaqda olan şirkətlərə kömək məqsədi daşıyır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Payız ağacəkmə kampaniyası davam edir

Payız ağacəkmə kampaniyası davam edir

Dövlət Komitəsinin sədri məcburi köçkünləri qəbul edib

Dövlət Komitəsinin sədri məcburi köçkünləri qəbul edib

Bakıda Suriya türkmənlərinin tanınmış sənətçisi Adil Şanla görüş keçirilib-

Bakıda Suriya türkmənlərinin tanınmış sənətçisi Adil Şanla görüş keçirilib- FOTOLAR

“Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir

“Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir

Dövlət Miqrasiya Xidmətində reinteqrasiya üzrə işçi qrupunun dördüncü iclası keçirilib

Dövlət Miqrasiya Xidmətində reinteqrasiya üzrə işçi qrupunun dördüncü iclası keçirilib

“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu-

“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu- VİDEO+FOTOLAR

Məktəb direktoru ilə tanınmış aktyor arasında insident-

Məktəb direktoru ilə tanınmış aktyor arasında insident- Təfərrüat+FOTOLAR

DOST konsepsiyasının, “e-sosial” internet portalının, ƏƏSMN-in yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatı keçirilib

DOST konsepsiyasının, “e-sosial” internet portalının, ƏƏSMN-in yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatı keçirilib

Müəllimdən məktəb direktoruna qarşı inanılmaz iddia

Müəllimdən məktəb direktoruna qarşı inanılmaz iddia

Nazir müavini:

Nazir müavini: "Partlayış baş verən binanın sakinləri üçün yeni bina tikiləcək"

20 noyabr hərracı:

20 noyabr hərracı: 9 elektron sifariş verildi, 5 dövlət əmlakı rəqabət yaratdı

"Nissan"ın rəhbəri həbs edildi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur