“Brain Ring” izlə, “Nar”dan hədiyyə qazan!


“Brain Ring” izlə, “Nar”dan hədiyyə qazan!


“Nar”ın dəstək olduğu “Brain Ring” intellektual bilik yarışlarının 12-ci mövsümü davam edir.

Şirkətdən AFN-ə verilən məlumata görə, hər il olduğu kimi, bu mövsüm də televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə keçirilir. Beləki, yarışın yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə edirlər.

Oktyabr ayının qalibləri olan “Twitter” istifadəçilərinin adları artıq məlumdur: Fərhad Məmmədli (https://twitter.com/BadFarhad), Rəfi Əsgərli(https://twitter.com/refiesgerli), Elvin Abbasov (https://twitter.com/abbasovbm), A.Abbasovadır (https://twitter.com/a_ayaone).

Qeyd edək ki, “Brain Ring” intellektual yarışlarında respublikanın müxtəlif bölgə və ali məktəblərini təmsil edən komandalar bilik mübarizəsi aparırlar. Dekabr ayının sonunadək davam edəcək yarışlar hər həftənin bazar günü saat 22:00-da İctimai TV vasitəsilə yayımlanır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu