Qloballaşma və kommunikasiyanın gücü...


Qloballaşma və kommunikasiyanın gücü...


Dövrümüzün problemi qloballaşmanın gerçək sahiblərinin beynəlxalq şirkətlər olduğu artıq hər kəsin bildiyi bir həqiqətdir. Böyük dövlət siyasəti mərtəbəsinə gəlmiş və şirkət mənfəətlərini əmsil edən qlobal siyasətin müəyyənləşdirilib həyata keçirilməsində hərbi və iqtisadi güc ilə yanaşı üçüncü güc də mövcuddur. Bu kommunikasiya, medya gücüdür. Kommunikasiya bu gün o qədər təsir gücünə sahibdir ki, o olmasa qlobal səviyyədə səyasət həyata keçirmək demək olar ki, mümkün deyil. Bu səbəbdən hakim qüvvələr kommunikasiya məsələsində çox həssasdirlar. Sərmayə gücləri, xəbərlərin öz istəkləri yönünüdə hazırlanması üçün medya qurumlarını ya birbaşa satın alır, ya da maliyyə və siyasi güclə kontrol altında tutur. Qlobal bazara çevrilmiş dünyanın istənilən formaya salınması üçün texnologiyası yüksək olan dev kommunikasiya toru hörülmüşdür.Bu böyük və təsir gücü yüksək olan kommunikasiya toru “mədəni soyqırım” vasitəsi olaraq istifadə edilir.

Qlobal “soyqırım”

Radio, Tv, yazılı mətbuat, xəbər agentlikləri, peyk və bilgisayar texnologiyası, telefob və məlumat-informasiya mərkəzləri ilə bütün dünya bu gün demək olar ki, inkişaf etmiş ölkələrə aid olan dev kommunikasiya toru ilə hörülmüşdür. Bu torun meydana gətirdiyi medya gücü siyasət və silahdan daha təsirli üsullarla milli mədəniyyətlərin soyqırımını planlaşdıran mərkəzlər halıan gəlmişdir.
Ölkələr üzərində beynəlxalq təsiri daimi olan bir hegemoniyanın qurula bilməsi üçün insanların milli şüurunun yox edilməsi və cəmiyyətin özü özünə yabançılaşdırılması tələb edilir. Bunun üçün xalqın düşüncə formasına, həyat tərzinə və gələcəyə dair ümidlərinə yön verilməyə səy göstərilir. Mədəni deformasiya sürətlə yayılır. Bu deformasiya mədəni çöküşü, mədəni çöküş də deformasiyanı istehsal edir. Qlobal “mədəniyyət” bazarının səviyyəsiz məhsulları; tv proqramlar, video, kaset, CD və filmlərlə dünyanın hər yerində milli-mədəni deformasiyanın təməlini təşkil edən yeni “zövqlər, zövq istiqamətləri” yaradılır.

Sehirli qutu

Amerikan Tv kanalı CNN 80-ci illərdə 100-də çox ölkədə 78 milyon evə girirdi. MTV yayımlarının bütün dünyada 200 milyon izləyicisi var. Orta sinifdən olan bir amerikalının evində televizor həftədə 50,1 saat açıq qalır. Bu rəqəm zəncilərin evində 77,3 saat miqdarındadır.
10 yaşınadkı uşaq gündə 2-3 saat televiziya izləyir. Amerikan Psixologiya Birliyinin araşdırmasında ortaya çıxıb ki, amerikalı bir uşaq ibtidai sinifi bitirənə qədər ekranlarda 8 min cinayət və 100 min şiddət hadisəsinə şahid olur.
Beynəlxalq şirkətlər təkcə 1989-cu ildə reklama 240 milyard dollar, layihə, bəzəmə və digər göz alıcı reklam işlərinə 380 milyard dollar xərcləmişlər.

Xəbərləri kim verir?

Dünya xəbər bazarının demək olar ki, hamısı 4 agentliyin əlindədir. Associated Press və United Press (ABŞ), Reuters (İngiltərə), France Press (Fransa), dünyanın bütün radio, tv kanal və qəzetlərinə xəbər satır. Bu 4 agentlik qlobal xəbər xidmətinin 90%-nə sahibdir. Dünya xəbərlərinin 65%-ə ABŞ qaynaqlarından verilir.
İctimai rəy yaratmaqda (yanıltmaq da deyə bilərik) son dərəcə bacarıqlı bu “milli-mədəni işğal” vasitələri istədikləri vaxt istədikləri mövzuda başlatdıqları xəbər-şərh proqramları ilə milyonlarla insanı təsir altına alıb istədikləri formada idarə edə bilirlər. Yeni düzən idelogiyasına zidd olan heç bir xəbər, məlumat xəbər proqramlarında öz həqiqi forması ilə verilə bilməz. Mətbuat azadlığı, xəbərçilik eşqi, tərəfsiz jurnalistlik kimi “romantik” ifadələr, ya Hollivud filmlərində ya da stajor jurnalistlərin gənclik duyğularında vardır.
Fransa Şimali Afrikadakı siyasi və ideolji təsirini davam etdirə bilmək üçün bölgə ölkələrinin radio və televiziyalarına peyklər vasitəsi ilə pulsuz xəbər xidməti verir. Hər gün Dünyadan və Afrikadan 10 dəqiqəlik aktual proqramları və ustalıqla hazırlanan sənədli filmləri verir və ildə 5200 saatlıq çox yönlü proqramı bu ölkələrə pulsuz parasız göndərir. Fransız filmlərini paylayır və fransızca danışan Afrika ölkələrində sinema film istehsalının 80%nin məsrəfləri ödənilir.

Telefon deyib keçməyin

Ev telefonları artıq sadəcə xüsusi rabitə vasitəsi deyil, həm də günlük həyatın ticarət danışıqlarına açıq kanallardır. 900 nömrəli telefonlar, pullu olan hər cür xidməti verən bir npvü dükanlar halına gəlmişdir. Bu dükanların illik qazancı 80-ci illərin sonunda təkcə Amerikada 3 milyard dolları ötürdü.

Kitab “sənayesi”

ABŞ 1950 və 60-ci illərdə milli hərəkatlara və komunnizmə qarşı ideoloji silah olaraq yayımlanan kitabların hamısına dövlət dəstəyi verdi. Marşal Planı çərçivəsində hökumət fondları Amerikan kitabları ilə jurnallarının ixracına xərclənir, “Amerikan həyat tərzinin ən yaxşı tərəfləri və ABŞ- utandıracaq ünsürləri göstərməmək” şərti ilə hər yayıma dəstək verilirdi. Bu cür yayımlar çıxaran şirkətlərin əlinə keçən hər dolların 38 senti ABŞ xəzinəsindən çıxırdı.

Amerikan bacarığı

İnkişaf etmiş ölkələrin lideri ABŞ təcarət vasitəsi olaraq istifadə etdiyi öz “mədəniyyətini” qlobal səviyyəyə yayarkən mətbuat və xəbərləşmədən ayrı olaraq bir çox imkandan faydalanmışdır. Amerikalılar ən sadə və gündəlik hadisələri maddi ətraf və təbii varlıqları, musiqini, sinemanı paketləyib bazara çıxarmağın ən bacarıqlı nümayəndələridir.
Nyu-Yorkun 5-ci prospektindəki çox mərtəbəlibir iş mərkəzi olan Empire State Buildingin üstündəki açıq sahəni hər il əksəriyyəti xarici olan 3,5 milyon insan pul verərək gəzir. San Fransiskoda qədimliyindən dolayı xidmətə qapalı olan Alkadras Həbsxanasını gəzənlərin sayı elə bu rəqəmə yaxındır. Orlandodakı süni park olan Disney Vorlda 1990-cı ildə bilet alıb girən yerli-xarici turist sayı eyni il İngiltərəyə gedən turist sayından daha çoxdur.

Sinemanın gücü

Amerikan filmlərinin üzərində dayanmağa dəyər bir rəqib hələ ki yoxdur. Hər hansı bir vaxtda dünyada hər hansı bir böyük şəhərdə ən çox izlənən 10 film ümumiyyətlə Amerikan istehsalıdır. Amerikan sinema sektorunun 1993-cü ildə 4 milyardlqı bir qazancı var və gəlirlərinin 40%-i xaricdən gəlir.
Terminator 2 filmi ABŞ-la yanaşı xarici ölkələrdə olmaqla 500 milyon dollardan artıq gəlir gətirdi. Mayk Ceksonun Dangerous albomu 67%-i xaricdən olmaqla 15 milyon ədəd satıldı. Braziliya televiziyalarında göstərilən 4000 filmin 99%-i inkişaf etmiş ölkələrdən, böyük əksəriyyəti də Hollivuddan gəlir.

Hollivudun yaratdığı dünya

Sərhədsiz ümidlər və zənginlik xəyalları istehsal edən Hollivud filmləri amerikan həyat tərzinin, “coşqulu”, “dürüst”, “istehsalçı” və “demokratik” özəlliklərini dünyanın bütün yoxsul ölkələrinə yayır. Artan şiddət, yoxsullaşma, evsizlər və bitməyən iqtisadi problemləri hamını bilməsinə baxmayaraq Hollivud filmləri “Amerikan əfsanəsinin” bilinən hekayələrini anlatmağa davam edərək ABŞ-ı bilməyənlərin üstündə təsir vasitəsi olur. Dünyanın mədniyyət gündəmi amerikan filmləri, musiqisi, idmanı və əyləncə sektoru tərəfindən müəyyənləşdirilir.
Yerli milli mədəniyyətlərlə heç bir ortaq cəhəti olmayan yeni dəyərlər, davranış formaları və istehlak alışqanlıqları təşkil edilir. Televiziyalarda şəhərin kasib məhəllələrində və kəndlərdə, xaricə qapalı həyat tərzi keçirən yoxsul insanların evlərinə qədər giərn amerikan filmləri ağır ictimai çatlar, uçurumlar yaradır. Xarici kişinin qarşısına çıxmağı qadağan edilən şərq qadınları, Hollivud kişilərinin açıq-saçıq macəralarını izləyə bilir. İşsiz gənclər ya da iş təminatından məhrum aşağı maaşlı işçilər qulaq asdıqları musiqinin və ya izlədiyi filmin təsiri ilə bir başqa dünyanın xəyallarını qurur. Ev qadınları Hollivud seriallarının çəkildiyi zəngin evlərdə, özünü ən qabaqcıl əşyalarla doldurlmuş mtəbəzlərdə görə bilir. Rejissor Maykl Caksonun dediyi kimi “insanlar nağılları sevir və dünyada ABŞ-dan daha yaxşı nağıl yazan bir ölkə yoxdur”.
Filmlər yaratdıqları xəyal dünyasında az inkişaf etmiş ölkələrin insanları üzərində avtomat silahdan belə daha təhlükəli təsir göstərə bilir və fiziki varlıqları əvəzinə insanların kimlikləri və ruhları öldürülür.
Filmlər və bəzi musiqi janrlarının yaratdığı ictimai pozulma artıq hər qurp və ölkəyə yayılmış vəziyyətdədir. Amerikada keçirilən bir araşdırmaya görə; “Hevi metal, rok musiqi sözləri və klipləri köləliyi, cinsi şiddəti və ölümü mütəmadi olaraq artırmaqda, populyar gənclik filmlərində ən ağır cinayətləri törədən, əxlaqi cəhətdən nə olduğu bilinməyən və özü özünə zərərli davranış formaları içindəki tiplər nümunə olaraq göstərilməkdədir.”

Reklamda moda yaratmaq

Qlobal reklam şirkətləri, komission firmaları, məsləhət büroları, birjaçılıq və lobbiçilik günümüzün asan və çox pul qazandıran işləridir. Moda yaratmaq, yeni zövqlər yaratmaq və istehlakı fetiş halına gətirməkdə son dərəcə uğurlu olan reklamçılar hər cür malı ehtiyac halına gətirməyi bacarırlar. Təkcə mallarını tanıtmaqla yetinməyərək eyni zamanda qəribə, ancaq çox yayılmış zövq istiqamətləri yaradırlar.
Amerikada fabriklərdə 5-6 dollara emal edilən Nike idman ayaqqabıları dünya bazarına 73-135 dollar arası qiymətlə çıxarılmaqla yanaşı insanların bu ayaqqqabıları idman sahəsinin xaricində qalstuk və kostyum-şalvar da daxil hər cür geyimlə geyinmələrini də aşılaya bilirlər.
Populyar müğənnilər ya da idmançıların göz qamaşdırıcı görüntülərindən faydalanan reklamçılar bu cür qəribə modaları yaratmaqda çox ustadırlar. Bu məsələdə o qədər bacarıqlı olublar ki, bu cür ayaqqabıların 80%-i küçədə geyilməkdə və idman sahələrində artıq istifadə edilməməkdədir.
Amerikalı işçilərə iş geyimi tikmək üçün qurulan Levi Strausse bu gün illik satışı 5 milyard dollara çatan qlobal geyim firması olmuşdur. Levi Straussenin son çıxardığı cins şalvarı geymək xüsusilə də inkişaf etməmiş ölkələrin gəncləri üçün şəxsiyyətin isbatı və imtiyazlı hisslərin qanedici vasitəsi kimidir. Reklamçıların yaratdığıbu duyğu amerikan mallarının girə bilmədiyi bazarlar üstündə rəqibsiz motivasiya tipli təzyiq yaratmış və USA markaları əvvəlcə qanunazidd, daha sonra qanuni şəkildə dünyanın bütün bazarlarına girir.
Ölkələrdəki böyük-kiçik mağaza adlarının əksəriyyəti ingilis adlarından ibarətdir. Coca-Cola gəlirlərinin 80%-ni xaricdən qazanır, Normal vaxtda 160 ölkədə gündə 560 milyon dəfə göstərilən Coca Cola reklamı, 1992-ci il qış olimpiya oyularında 131 ölkədə 12 dildə 3,8 milyard adama qulaq asdırılmışdı.

Reklam və qida

Medya reklamları ilə qidadan çox moda halına gətirilən festvudlar dünyanın ağız dadını dəyişdirməklə yanaşı əyri-üyrü mədəniyyət ünsürü formalaşdırır. Yaponiya, Türkiyə yad ad Norveçdə gənc qızlar ABŞ və ya Braziliyadakı yaşıdları kimi Mc Donladsda, Vendsidə və ya Burqer Kinqdə kartof qızartması yeyərək, kola içərək, rok musiqisi dinləyərək “günortadan sonra vaxtının hamısını” keçirə bilirlər. Dünyada hər gün 22 milyon adamı “doyuran” Mc Donaldsın dünyanın hər yerinə yayılmış 100 mindən çox restoranı var.

İdmandan istifadə etmək

Amerikalılar idmanın hər növünü idmandan başqa hər məqsəd üçün, xüsusilə də pul və təbliğat üçün istifadə etməkdə çox bacarıqlıdırlar. ABŞ idman klubları qazanc məqsədi güdən sərmayə şirkətləri statusundadır. İdman tədbirlərini demək olar ki, hamısında mafyavari olan və idmanla əlaqəsi olmayan təşkilatların söz sahibi olması sanki bir Amerikan ənənəsidir.
İdman oyunları böyük izləyici kütləsi yığır. Bu səbəbdən qapalı idman salonları ilə stadionlar reklamçılar üçün strateji əhəmiyyətə malikdir. Buralara böyük vəsaitlər yatırılır və oyunların görüntüləri kommunikasiya texnologiyasının yaratdığı mükəmməl imkanlarla dünyanın hər yerinə satılır.
Amerikan basketbolu dünyanın ən populyar idman növlərindən biridir. 1993-cü ildə NBA final mərhələsində 20 dildə 109 ölkədə televiziya ilə yayımlandı. İlk dəfə 1891-ci ildə Massaçusetsdə təşkil edilən Amerikan basketbolu bu gün 192 ölkədə rəsmi liqalarda oynanılır. Basketbol ulduzu Mayk Cordan Nike firmasından ildə (1992-də) 20 milyon dollar reklam pulu alırdı. Bu pul Nikenin İndoneziyadakı fabriklərində işçilərə ödədiyi cəmi məbləğdən daha artıqdır.

“Dünya dili” ingiliscə

Amerikalılar öz həyat tərzlərini ictimai maraqlarını və iqtisadi seçimlərini bütün dünyaya yaymaq və qəbul etdirmək üçün çox önəmli bir imkana sahibdir. Bu imkan İngilis dilinin qlobal yayılmasıdır. Bu gün 1 milyardan artıq insan ingilis dilini ana dili ya da ikinci dil olaraq danışır.
Dünyadakı bütün radioların 60%-i ingiliscə yayım həyata keçirir. Bütün ticarət yazışmalarının 70%-i ingiliscə yazılır. Beynəlxalq telefon danışıqlarının 52%-i ingiliscə danışılır. Kompyuter proqramlarının 80%-i ingiliscədir. Portuqal dilində danışan Braziliyada radiolarda səslənən musiqinin 70%-i, Almaniyada satılan musiqinin 80%-i İngiliscədir. Bu rəqəmlər Yaponiyada 50%-dən azdır.

Bərabərsizliyin bərabərliyi

Beynəlxalq müqavilələrin iqtisadi, siyasi və hərbi sahələrdə müəyyən etdiyi hökmlər, kommunikasiya texnologiyasının verdiyi “vaz keçilməz” imkanlarla birləşincə bu müqavilələrə imza atan inkişaf etməmiş ölkələrə hər sahədə “təslim” olmaqdan başqa yol buraxmayan, qlobal bir meydan yaradılır. Kommunikasiya mərkəzləri davamlı olaraq bərabərliyin və azad yaşamağın təbliğatını yayır.
Güclü-gücsüz, inkişaf etmiş-inkişaf etməmiş, zəngin-yoxsul fərqlilikləri hesaba qatılmadan ölkələrin teorem olaraq bərabər şərtlərdə bir yarışa soxulması ən böyük bərabərsizlikdir. Üstəlik bu yarış eyni səviyyədə deyildir.
Gücsüzlər beynəlxalq müqavilələrin müəyyən etdiyi qaydalar zincirinə hər zaman tam olaraq əmə edərkən, güclülər bu qaydaları ancaq öz mənfəətlərinə zidd olmadığı müddətdə əməl edirlər. İnkişaf etməmiş, ya da inkişa etməkdə olan ölkələr pulun və gücün söz sahibi olduğu və şiddətli rəqabətin olduğu bir dünya sistemində, ictimai mənfəətlərini, milli varlıqlarını və gələcək ümidlərini, günün tələbi olaraq gördükləri beynəlxalq müqavilələrə bağladıqları zaman edam hökmlərini də imzalamış olurlar. İmzaladıqları müavilələrin məna və mahiyyətini çox vaxt bilmirlər. Dev bir kommunikasiya toru ilə ətrafları sarılmışdır. Gerçəkləri görsələr də xalqa doğrunu deyə biləcəkləri informasiya sistemindən məhrumdurlar. Onlar üçün artıq müstəqil siyasət, ictimai irəliləmə və iqtisadi böyümək kimi hədəflər real olaraq ortadan qaldırılmışdır. Davamlı olaraq yoxsullaşırlar və milli dəyərlərini itirirlər.

Araşdırmaçı-yazar Metin AYDOĞAN
AFN üçün hazırladı: Səbuhi QAFAROV



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu