Osman Gündüz Azərbaycanın ən uğursuz İT layihələrinin adlarını açıqlayıb- SİYAHI


Osman Gündüz Azərbaycanın ən uğursuz İT layihələrinin adlarını açıqlayıb-


Son dövrlərdə ölkənin İT sektoru əvvəlki illərlə müqayisədə xeyli genişlənib. İKT sektorunda xidmət və ticarət sferaları, eyni zamanda İT istehsal sahəsində irəliləyişlər var. Ciddi uğur qazanan İT layihələrimiz var. Qlobala çıxan layihələrimiz də yavaş-yavaş formalaşır.



AFN xəbər verir ki, bu sözləri informasiya texnologiyaları (İT) sahəsində tanınmış ekspert Osman Gündüz bildirib. O qeyd edib ki, bununla belə hədsiz böyük vəsaitlərin qarşılığında uğursuzları da olub:

"Son günlər özümüzün milli sosial şəbəkəmizin yaradılmasının vacibliyini bildirənlər uğursuz layihələri bir daha mənə xatırlatmış oldu.

Ümumiyyətlə, son 25 ildə ölkədə İT-nin inkişaf tarixi gözümün qarşısında olduğundan ən uğursuz layihələrin də bir neçəsini yada salıram:

1. SCADA

Ölkə üzrə bütün enerji sektorunu avtomatik rejimdə dispetçer məntəqələrindən idarə etməyə imkan verən informasiya sistemi, 58 milyon dollar 2011-də “Azərenerji”yə təhvil verilib. 2018-ci ildə baş verən enerji qəzasında sistem işləməyib. Hazırda yeni sistem üzərində iş aparılır.

2. Yumroo.az milli sosial şəbəkə layihəsi

Rabitə və İT Nazirliyi dəstəkləyirdi, 2 - 3 mln. manat ayrıldığı bildirilirdi. 2009-cu ildə start verilmişdi. 2010-da iflas oldu. İndi yeni milli sosial şəbəkə üçün yeni təşəbbüslər edilir.

3. KÜR Kompüter zavodu

Təsisçiləri RİTN, “Teleradio” istehsal birliyi və “Sinam” şirkəti olub. 2008-ci ildə qurulub. İstehsal etdiyi kompüterlər keyfiyyətsiz olduğundan hazırda məktəblərdə və bəzi dövlət qurumlarında anbarlardadır. 2015-də iflas oldu. Hazırda onun bazasında Htech Invest şirkəti qururlub və Acer markası altında avadanlıqlar istehsal olunur.

4. “Elektron məktəb və təhsilin elektron idarəedilməsi” sistemi Təhsil Nazirliyinin sifarişi ilə ULTRA şirkəti Rumıniyadan almışdı, 20 milyon manat ayrıldığı bildirilirdi. 2007-ci illərdə start verilib.

Proqram təminatının ilkin kodları alınmadığından, update mümkün olmadığından hazıda yeni sistem üzərində işlər aparılır.

5. Nəqliyyatın İntellektual İdarətmə Sistemi

100 milyon manat 2011- ci ildə Nəqliyyat Nazirliyi Cənubi Koreya şirkətinə hazırlatmışdı. Qarşıya qoyulan vəzifələrin heç birisini reallaşdıra bilmədi və qısa müddətdə iflas oldu.

Hazırda cavabdeh qurum olaraq BNA bu istiqamətdə hansı işlərin görüləcəyini bildirməyib.

6. Siyahının sonunu yaxşıları ilə bitirmək istərdim

Elə İT layihələr də olub ki, ilkin versiyası uğursuz olsa da sonradan həm yerli, həm də beynəlxalq resursları cəlb etməklə, yenidən ciddi resurslar və əmək sərf etməklə onları dirçəltmək və uğurlu etmək olub. Məsələn, MİDA, eGov və s.”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu