“Nar” əhəmiyyətli sosial layihələrini bu il də davam etdirəcək


“Nar” əhəmiyyətli sosial layihələrini bu il də davam etdirəcək


Ölkənin ən gənc mobil operatoru olan “Nar” şəbəkənin genişləndirilməsi, yüksəkkeyfiyyətli xidmət və sərfəli qiymət strategiyası ilə yanaşı, ölkə üçün əhəmiyyətli sosial layihələr reallaşdırmaqdadır.

Şirkətdən AFN-ə verilən məlumata görə, mobil operator özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli insanlara qayğı, onların cəmiyyətə inteqrasiyası, eyni zamanda təhsil və maariflənmənin inkişafı, gənclər arasında idmanın təbliğı istiqamətində sosial layihələrini bu il də davam etdirəcək. Xüsusilə də fiziki məhdudiyyətli insanların işlə təmin olunması, onların müxtəlif peşə bacarıqlarına yiyələnməsi istiqamətində müxtəlif addımlar atacaq. Qeyd edək ki, “Nar” ötən il 21 sosial layihəni uğurla icra edib.

“Azerfon”un İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundovun sözlərinə görə, “Nar” telekommunikasiya sahəsinə irihəcmli investisiyalar yatırmaqla yanaşı, əhəmiyyətli sosial layihələr həyata keçirməkdə davam edəcək: “”Nar” telekommunikasiya sahəsi ilə yanaşı, cəmiyyət üçün həssas olan məsələlərdə iştirak etməyi özünə borc bilir. “Nar” olaraq, korporativ sosial məsuliyyət strategiyası çərçivəsində bu il də əsas hədəfimiz fiziki məhdudiyyətli insanlara dəstək, eləcə də elm və təhsilin təbliğidir”.

Xatırladaq ki, “Nar” ötən il bir çox uğurlu layihələr icra edib. Autizm sindromundan əziyyət çəkən, eşitmə məhdudiyyəti olan, eləcə də valideyn himayəsindən məhrum olan uşaqlara dəstək olub. Mobil operator eyni zamanda, gənclərdə oxumaq həvəsini artırmaq, gənc kadrların formalaşması üçün müsabiqələrə, intellektual yarışlara dəstəyini nümayiş etdirib, müxtəlif universitetlərlə əməkdaşlıq qurub və onların təqaüd proqramında iştirak edib. Mobil operatorun KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək mümkündür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu