“Azercell" “Ən yaxşı mobil operator” adına layiq görülüb

Xəbərin çap versiyası
Tarix: 22-03-2019, 16:33    |    Xəbər oxunub: 592 dəfə
“Azercell" “Ən yaxşı mobil operator” adına layiq görülüb


Azərbaycan rabitə bazarının lider mobil operatoru “Azercell Telekom” MMC uğurlu fəaliyyətinin nəticəsi olaraq daha bir mükafata layiq görülüb. Day.Az Media Şirkətinin “Xalq seçimi” Mükafatının nəticələrinə əsasən, Azercell 2018-ci ilin “ Ən yaxşı mobil operator” sorğusunun qalibi elan edilib. Day.az Media Şirkətinin oxucuları arasında keçirdiyi sorğuda Azercell 55,7 faiz səslə telekommunikasiya sahəsi üzrə birinci olub.

"Azercell"in mobil telefon istifadəçilərinin etimadını qazanması təsadüfi deyil. 2018-ci ildə ölkəmizdə mobil rabitənin keyfiyyətinin yüksəldilməsi, regionlarda 4G şəbəkəsinin genişləndirilməsi, ölkənin bütün bölgələrində abunəçilərin sürətli internetə çıxışının təmin olunması, müasir xidmətlərin, eləcə də yeni biznes həllərinin tətbiq edilməsi, abunəçi xidmətlərinin modernləşdirilməsi, həmçinin mobil texnologiyalar vasitəsilə həyatın asanlaşdırılması istiqamətində keçirilən layihə və bir sıra digər təşəbbüslər Azercell şirkətinin bu mükafatı qazanmasına əsas verib. Müştəri məmnuniyyətini hər zaman üstün tutan Azercell, abunəçilərinin rahatlığını düşünərək 2018-ci ildə 16 yeni konsepsiyalı Azercell Eksklüziv mağazasını istifadəyə təqdim edib və ümumilikdə 6 milyona yaxın abunəçiyə xidmət göstərilib.

Qeyd edək ki, 2018-ci ildəki uğurlu fəaliyyəti nəticəsində Azercell beynəlxalq aləmdə nüfuzlu qəbul edilən “Stevie” Beynəlxalq Biznes Mükafatında “İlin Kommunikasiya Şirkəti”, “İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” nominasiyalarında Bürünc “Stevie” mükafatına layiq görülüb . Əlavə olaraq “İnsanların Seçimi üzrə Stevie” (“People`s Choice Stevie Awards”) mükafatının telekommunikasiya sahəsində “İlin ən sevilən şirkəti” seçilib. Həmçinin ötən il “Azercell Telecom” LLC güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (“İnsana Sərmayə Standartı”) tələbləri üzrə dəyərləndirilərək QIZIL sertifikatı qazanıb. Ölkəmizdə Qızıl sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, Azercell MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir. Azercell-in 2018-ci ildəki nailiyyətləri bununla kifayətlənməyib. Belə ki, Azercell “Qlobal Liderlər Klubu” tərəfindən Azərbaycanda idarəetmə və dayanıqlı inkişaf sahəsində “Ən yaxşı şirkət”, Vahid Mürsəliyev isə “İlin rəhbəri” kimi mükafatlandırılıb.

“Azercell" “Ən yaxşı mobil operator” adına layiq görülüb





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Saleh Məmmədovun gördüyü iş:

Saleh Məmmədovun gördüyü iş: Şəkidə analoqu olmayan yol (FOTO)

Gömrükdə tender müəmması

Gömrükdə tender müəmması

Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də

Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də

Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

3 ay əvvəl açılışı olan park baxımsız vəziyyətdə  -

3 ay əvvəl açılışı olan park baxımsız vəziyyətdə - FOTOLAR

Hüseyn Abdullayevin məhkəməsi təxirə salınıb

Hüseyn Abdullayevin məhkəməsi təxirə salınıb

“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

"Alpenfood” MMC Azərbaycana neft qarışıqlı yağ gətirdiyinə görə cərimələnib?

Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər

Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər

“Kontakt Home” mağazalar şəbəkəsi cərimələndi

“Kontakt Home” mağazalar şəbəkəsi cərimələndi

Gömrükdə tender müəmması

Gömrükdə tender müəmması

“Borcum olmasa da, 4 gündür ki, işıq və qaz yoxdur” -

“Borcum olmasa da, 4 gündür ki, işıq və qaz yoxdur” - AAAF Parkdan şikayət + VİDEO

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur