2019-cu ilin ilk 3 ayında “Uşaq Qaynar Xətt” xidmətinə 801 müraciət daxil olub

Xəbərin çap versiyası
Tarix: 23-04-2019, 16:40    |    Xəbər oxunub: 591 dəfə
2019-cu ilin ilk 3 ayında “Uşaq Qaynar Xətt” xidmətinə 801 müraciət daxil olub


“Azercell Telekom” MMC-nin dəstəyi ilə yaradılan və fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti 2019-cu ilin yanvar, fevral, mart ayları üzrə hesabatını açıqlayıb.

AFN xəbər verir ki, hesabata əsasən bu ilin I rübündə xidmətdən 801 uşaq yararlanıb. Yanvar ayında “Uşaq Qaynar Xətt” xidmətinə ümümilikdə 239, fevral ayında 345, mart ayında isə isə 217-i müraciət daxil olub. Onlardan 491-i təhsil, 50-si sosial, 67-si psixoloji, 77-si hüquqi, 29-u səhiyyə, 87-si isə digər sahələrdə yaranan sualları əhatə edib. Qeyd edək ki, “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə daxil olan zənglərin 437-si qızlar, 364-ü isə oğlanlara aiddir.

“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətin yaradılmasında əsas məqsəd ailədə zorakılığa məruz qalan, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək olmaq, onlara problemlərinin həllinin tapılmasına, sosial mühitə uyğunlaşmalarına yardım etməkdir. “Uşaq Qaynar Xətt”inin dünyanın istənilən nöqtəsində əlçatan olmasını təmin etmək üçün, Azercell şirkətinin təşəbbüsü ilə 2017-ci ildə İOS və Android əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilib. 2018-ci ilin iyun ayının 13-dən isə xidmətin Göygöl ofisi fəaliyyətə başlayıb. Mərkəz yalnız Göygöl rayonu üçün deyil, eyni zamanda yaxın ətraf rayonlarda (Goranboy, Gəncə, Şəmkir, Qazax, Ağstafa) yaşayan uşaqlara da xidmət göstərir. “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin işçi heyəti uşaqlarla iş sahəsində geniş təcrübəyə malik olan psixoloqlar, hüquqşünaslar və sosial işçilərdən ibarətdir.

“Azercell Telekom” MMC-nin dəstəyi, “Ümidli Gələcək İctimai Birliyi”nin təşkilatçılığı ilə 24 saat fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. Uşaqlara (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80 və (051) 580 22 80 nömrələri ilə günün istənilən saatında Qaynar Xətt Xidmətinə müraciət etmək imkanı yaradılıb. “Uşaq Qaynar Xətt” xidməti haqqında ətraflı məlumatı www.usaqxetti.az internet səhifəsindən əldə edə bilərsiniz.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir:

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir: 4 minə yaxın mənzillərin çıxarışı hazırdır

“VTB Bank”da 257 milyon manat yığılmış zərər

“VTB Bank”da 257 milyon manat yığılmış zərər

“Keşikçidağ” Azərbaycanındır -

“Keşikçidağ” Azərbaycanındır - Nazirlikdən açıqlama

AQTA-nın daha bir tender

AQTA-nın daha bir tender "möcüzəsi - Təhməzlinin şirkəti 643 min manatlıq tender udub

Azərbaycanda yeni internet televiziya yaradılıb

Azərbaycanda yeni internet televiziya yaradılıb

“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!

“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!

Türkiyə-Fethiyədə

Türkiyə-Fethiyədə "Qarabağ" həqiqətləri anılıb

Doha İslam Gənclik Forumu keçirilib -

Doha İslam Gənclik Forumu keçirilib - FOTOLAR

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!

“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur