"Azercell"in dəstək olduğu “İdeyadan Biznesə” layihəsi çərçivəsində Tovuz və Bakıda startap turları keçirilib

Xəbərin çap versiyası
Tarix: 25-04-2019, 18:04    |    Xəbər oxunub: 614 dəfə
"Azercell"in dəstək olduğu “İdeyadan Biznesə” layihəsi çərçivəsində Tovuz və Bakıda startap turları keçirilib


AFN// Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell Telekom” MMC və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları davam edir.

Startap hərəkatının genişləndirilməsinə, vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə keçirilən startap turu bu dəfə Tovuz rayonunda baş tutub. Tovuzda ilk dəfə olaraq keçirilən startap tədbirinə Tovuzla yanaşı, Qazax, Şəmkir, Goranboy, Tərtər, Gədəbəy, Yevlax və digər ətraf rayonlardan olan 100-dən çox gənc qatılıb.

Tədbirin informativ hissəsində iştirakçılar “İdeyadan Biznesə” layihəsinin konsepsiyası, məqsəd və hədəfləri barədə məlumatlandırılıblar. Daha sonra layihədə iştirak etmək üçün müraciət edən komandalar arasında müsabiqə keçirilib və qaliblər müəyyənləşib. Birinci yerin sahibi “Share my goal” layihəsi olub, ikinciliyə “Bacarıqlı əllər” ideyası, üçüncülüyə isə “Görən gözlər” layihəsi layiq görülüb.

Layihə çərçivəsində Tovuzdan sonra Bakı şəhərində yerləşən ali təhsil müəssisələrini əhatə edən startap müsabiqəsi keçirilib. ADA Universitetində baş tutan startap marafonunda 10-dək ali məktəbin komandası öz layihəsini münsiflər heyəti qarşısında təqdim edib. Müsabiqədə Bakı Dövlət, Azərbaycan Texniki, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Dövlət Neft və Sənaye, Bakı Mühəndislik, ADA, Azərbaycan Tibb və Qərbi Kaspi universitetlərinin, Bakı Ali Neft Məktəbinin tələbələri iştirak edib. 3 gün ərzində 50-dək layihənin münsiflər heyəti qarşısında təqdimatı keçirilib. Bakı üzrə “NanoDesal”, “AntiAge şirəsi”, “HealWith”, “Bumeranq”, “AgroShare”, “Plan to plant”, “Game of war and modern technologies”, “Palliativ qayğı” və “Buqələmun” layihələri finalçılar qismində seçilib.

Qeyd edək ki, layihələr münsiflər heyəti tərəfindən ideyanın unikallığı, bazar potensialı, investisiyanın mənfəət müddəti, ilkin xidmətin/prototipin hazırlanmasına tələb olunan müddət, komandanın ideyanı gerçəkləşdirmə qabiliyyəti kimi meyarlar üzrə qiymətləndiriləcək və yaxın günlərdə 3 əsas yerin qalibi ictimaiyyətə açıqlanacaq.

Bu mərhələdə qələbə qazanan komandalar cari ilin avqust ayının sonlarında 12 regionun da qalibləri ilə birgə “İnnocamp” yay düşərgəsində iştirak etmək imkanı əldə edəcək. Oktyabrda keçiriləcək ümumrespublika finalında isə 1, 2 və 3-cü yerlərin qalibləri müəyyən olunacaq. Qalib gələcək ilk üç yerin sahiblərinə təşkilatçılar tərəfindən mükafatlar təqdim olunacaq, ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcəkdir. Finalçılar və hər region üzrə I yerin qalibləri isə dekabr ayında keçiriləcək “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində öz layihələrini iştirakçılara və eyni zamanda investorlara təqdim etmək şansı qazanacaqlar.

Qeyd edək ki, ötən il 8 regionda, 16 ali təhsil, 3 ümumtəhsil müəssisəsində startap turları keçirilib. Startap marafonuna 7 ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarından 2 mindən çox iştirakçı qatılıb.

Vurğulamaq istərdik ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən komandalara mentorluq dəstəyi göstərilib. Azercell və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi bir çox layihələrin və startapların müstəqil şirkətlərə çevrilməsinə yardım etmişdir. Ölkənin ilk biznes inkubatoru olan mərkəz sahibkarlıq və informasiya texnologiyaları mövzularında bir çox təlimlərin, seminarların keçirilməsinə təşəbbüs göstərmiş, bir sıra tədbirlərə ev sahibliyi etmişdir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? -

Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? - VİDEO

“Qarabağ” bir azdan səfərdə Avroliqa matçına çıxır

“Qarabağ” bir azdan səfərdə Avroliqa matçına çıxır

“Ermənilərin avantürist təşəbbüsünün qarşısı alınmalıdır” -

“Ermənilərin avantürist təşəbbüsünün qarşısı alınmalıdır” - Əliməmməd Nuriyev

“Ehtimalları nəzərə alaraq, bu çağırışı etmişəm….” –

“Ehtimalları nəzərə alaraq, bu çağırışı etmişəm….” – Qabil Hüseynli

Pilotun xanımı:

Pilotun xanımı: “Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?” - FOTOLAR

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Pediatr Mehriban Əliyevaya müraciət etdi:

Pediatr Mehriban Əliyevaya müraciət etdi: "Yersiz süni qida təyin edən həkimə cəza verilsin!"

"Aspor" idman kanalından Əbülfəz Elçibəyə böyük sayğı - VİDEO

Bakıda bazarda güclü yanğın başladı -

Bakıda bazarda güclü yanğın başladı - VİDEO

ADAU Şəmkirdə fermerlərə təlim keçib

ADAU Şəmkirdə fermerlərə təlim keçib

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur