"Azercell" istedadlı gəncləri rəqəmsal dünyaya yaxın edir!


"Azercell" istedadlı gəncləri rəqəmsal dünyaya yaxın edir!


Gənclərin peşəkar və fərdi fəaliyyətini dəstəkləmək və Azərbaycanda təhsilin inkişafına töhvə vermək məqsədilə, "Azercell" yeni "Azercell-Lab"- ödənişli təcrübə proqramını elan edir.

AFN-in xəbərinə görə, “Azercell- Lab” inkubasiya mərkəzi tələbələrə 2 fərqli istiqamətdə seçim etmək imkanı təklif edir: "It-lab" və "Biznes-lab". Beləliklə, iyul ayının 1-dən başlayaraq Azercell bakalavr və magistr tələbələri, həmçinin bakalavr və magistr dərəcələrində ali təhsillərini artıq tamamlamış gənclər üçün "It-lab" və "Biznes-lab" təcrübə proqramlarına qoşulmaq üçün unikal imkan yaradır. Azercell-in "İt-lab" və "Biznes-lab" inkubasiya mərkəzləri tələbələrə fərdi inkişaf və peşəkar mühitdə karyera qurmaq imkanları, şirkət tərəfindən həyata keçirilən layihələrdə iştirak və əvəzolunmaz təcrübə qazanmaq fürsətlərini təklif edir.

Layihənin məqsədi Rəqəmsal Texnologiyalara marağı olan tələbələrə dəstək olmaq və onları telekom sahəsinin ən son yeniliklərləri ilə daha yaxından tanış olmağa dəvət etməkdir. Qeyd edək ki, "Azercell"in "IT-lab" və "Biznes-lab" inkubasiya mərkəzləri 6 aylıq ödənişli təcrübə proqramlarıdır. Əlavə olaraq, təcrübəçilər Azercell tərəfindən həyata keçirilən sosial layihələrdə, müxtəlif təlimlərdə və şirkətin korporativ tədbirlərində iştirak etmək imkanına da malik olacaqlar.

Qeyd edək ki, müraciətlərin qəbulu artıq açıqdır və son qəbul tarixi may ayının 20-dir. Seçim prosessini müvəffəqiyyətlə tamamlayanlar iyul ayının 1-dən şirkətdə təcrübəyə başlayacaqlar.

Əgər Sən liderlik keyfiyyətlərinə sahibsənsə, innovativ, çevik və yaradıcısansa , o zaman Biz səni axtarırıq! Komandamıza qoşul və rəqəmsal dünyanın ən son yeniliklərini bizimlə kəşf et! "Azercell"lə Rəqəmsal Gələcək qurmaq fürsətini əldən vermə! Əlavə məlumat üçün https://www.azercell.com/az/company/career/development_oportunities/lab/ səhifəsinə daxil olun.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu