"Azercell"in “Mobil Diş Klinikası” təmənnasız tibbi müayinələrin təşkilini davam etdirir

Xəbərin çap versiyası
Tarix: 14-05-2019, 18:04    |    Xəbər oxunub: 578 dəfə
"Azercell"in “Mobil Diş Klinikası” təmənnasız tibbi müayinələrin təşkilini davam etdirir


Korporativ Sosial Məsuliyyət Strategiyasında müasir texnologiyaların köməyilə insan həyatının keyfiyyətinin artırılmasını hədəfləyən "Azercell", fəaliyyəti boyunca bu istiqamətdə bir sıra sosial layihələrin həyata keçirilməsini dəstəkləyib.

Şirkətdən AFN-ə verilən məlumata görə, "Azercell"in təşəbbüsü ilə yaradılan “Mobil Diş Klinikası” bu layihələrdəndir. Həm Bakı, həm də regionlardakı uşaq evlərinə səfər edən klinika növbəti diş müayinələrini Bilgəh qəsəbəsi, 11 saylı inteqrasiya təlimli internat məktəbində təşkil edib. Bir ay boyunca davam edən səfərdə 71 uşaq müayinə və lazımi müalicə ilə təmin edilib.

Azərbaycandakı əksər uşaq evlərində stomatoloji kabinetin olmamasını nəzərə alan “Azercell Telekom” MMC “Mobil Diş Klinikası”nı ən müasir tibbi avadanlıqla təchiz edib. Vurğulamaq istərdik ki, klinikanın əsas hədəfi internat məktəblərinin şagirdlərini, valideyn himayəsindən məhrum uşaqları, qaçqın və məcburi köçkün düşərgələrində məskunlaşmış körpələri müayinə və müalicə etməkdir.

Qeyd edək ki, bütün müayinə və müalicə tədbirləri "Azercell"in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur