İnternetə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edildi


İnternetə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edildi


Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib.

Nazirlikdən verilən məlumata görə, 2019-cu ilin may ayından etibarən “Aztelekom” MMC-nin internet xidməti üzrə ödənişlər “gündəlik hesablaşma” prinsipi ilə aparılacaq.

Belə ki, artıq ödəniş günü hər ayın 5-dək deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək. Hazırda isə cari ay üçün ödəniş olunmadığı təqdirdə internet xidməti dayandırılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu