Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisi tələbələrin istifadəsinə verilib

Xəbərin çap versiyası
Tarix: 23-05-2019, 15:31    |    Xəbər oxunub: 549 dəfə
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisi tələbələrin istifadəsinə verilib



Lənkəran Dövlət Universiteti nəzdində Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisinin açılış mərasimi keçirilib. “Akhundoff Group” şirkəti tərəfindən ən müasir avadanlıqla təchiz olunan ofisdə gənclər üçün sahibkarlıq və informasiya texnologiyaları mövzularını əhatə edən təlimlərin keçirilməsi, onlara müxtəlif layihələrin hazırlanmasında yardım edilməsi nəzərdə tutulub.

AFN xəbər verir ki, tədbirdə çıxış edən "Azercell"in Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya Lənkəran Dövlət Universitetinin rəsmilərinə və “Akhundoff Group” şirkətinin rəhbərliyinə bu təşəbbüsü dəstəklədiklərinə görə təşəkkür edib. "Azercell" tərəfindən ölkədə sahibkarlıq mühitinin inkişafına töhfə vermək məqsədilə 2009-cu ildə yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyətindən bəhs edən Nigar Şıxlinskaya, yeni açılan ofisin gənclərə bu sahədə əvəzsiz təcrübə bəxş edəcəyini söyləyib. O, həmçinin regional Barama ofislərinin paytaxt və bölgə universitetlərində təhsil alan tələbələri startap sahəsində bərabər inkişaf imkanları ilə təmin edəcəyini vurğulayıb. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov öz nitqində yeni istifadəyə verilən mərkəzin əsas məqsədinin kənd təsərrüfatı və texnologiyanı birləşdirmək, bu sahədə ixtisaslı kadrlar, proqramçılar yetişdirmək olduğunu bildirib.

"Azercell" hər zaman gənclərin peşəkar inkişafına və onların mütərəqqi ideyalarının həyata keçirilməsinə xüsusi diqqət ayırıb. Bu istiqamətdə "Azercell"in təşəbbüsü ilə yaradılan ölkənin ilk biznes inkubatoru - Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin müstəsna rolu olub. "Azercell" və "PaşaBank"ın dəstəyi ilə mərkəz fəaliyyəti boyunca bir çox layihələrin müstəqil şirkətə çevrilməsinə yardım edib, müxtəlif tədbirlər, seminarlar və təlimlər keçirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat

İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat

Rusiya Tbilisiyə daha bir zərbə hazırlayır -

Rusiya Tbilisiyə daha bir zərbə hazırlayır - gürcü şərabı qadağan edilə bilər

Türkiyədə qanunsuz qaçqınları daşıyan yük maşını qəzaya uğradı

Türkiyədə qanunsuz qaçqınları daşıyan yük maşını qəzaya uğradı

Prezident daha bir əməkdar artistə ev hədiyyə etdi

Prezident daha bir əməkdar artistə ev hədiyyə etdi

Tərtərdə “Ağ qayıq” tamaşası nümayiş olunub

Tərtərdə “Ağ qayıq” tamaşası nümayiş olunub

Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi

Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi

Əbülfəz Elçibəyin müşaviri vəfat etdi

Əbülfəz Elçibəyin müşaviri vəfat etdi

Tərtərdə 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib -

Tərtərdə 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib - FOTOLAR

NRYTN şəhid hərbçilərin övladlarını sevindirdi -

NRYTN şəhid hərbçilərin övladlarını sevindirdi - FOTOLAR

Mingəçevirdə “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda seminar keçirilib

Mingəçevirdə “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda seminar keçirilib

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

Bu gün “Ağ ölüm”lə mübarizə günüdür

Bu gün “Ağ ölüm”lə mübarizə günüdür

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur