“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur

Xəbərin çap versiyası
Tarix: 23-05-2019, 18:15    |    Xəbər oxunub: 541 dəfə
“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur


“Nar”ın dəstəyilə kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqlar üçün təşkil edilən peşəkar boks təlimləri davam edir. Artıq dördüncü ildir ki, keçirilən bu layihədə 200-dən çox tələbə iştirak edib.

Təlimlər Azərbaycanın aparıcı boks klubu “Baku Fight Lab”-in dünya və Avropa çempionları tərəfindən keçirilir. Təlimlərdə iştirak edən gənc boksçuların və müəllimlərin peşəkar idman ləvazimatları “Nar” tərəfindən təşkil edilir.

Yeni mərhələnin başlaması münasibətilə keçirilən tədbir zamanı “Baku Fight Lab” klubunun İcraçı direktoru Fərhad Acalov “Nar”a minnətdarlığını bildirib və gənclərin asudə vaxtının səmərəli keçirilməsində layihənin əhəmiyyətini vurğulayıb. Daha öncə layihədə iştirak edən tələbələrin qısa zaman ərzində respublika səviyyəsində fərqləndiyini qeyd edən F.Acalov təlimlərə yeni qatılan gənclərə uğurlar arzulayıb.

“Nar” gənclərə və idmana yönəlik korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq, artıq dördüncü ildir ki, boks təlimlərini davam etdirir. Layihənin əsas məqsədi kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqların asudə vaxtını səmərəli təşkil etmək və cəmiyyətə sağlam ruhlu fərdlər qazandırmaqdır.

Qeyd edək ki, “Nar” mobil operatoru “Baku Fight Lab” klubunun rəsmi tərəfdaşıdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat

İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat

Rusiya Tbilisiyə daha bir zərbə hazırlayır -

Rusiya Tbilisiyə daha bir zərbə hazırlayır - gürcü şərabı qadağan edilə bilər

Türkiyədə qanunsuz qaçqınları daşıyan yük maşını qəzaya uğradı

Türkiyədə qanunsuz qaçqınları daşıyan yük maşını qəzaya uğradı

Prezident daha bir əməkdar artistə ev hədiyyə etdi

Prezident daha bir əməkdar artistə ev hədiyyə etdi

Tərtərdə “Ağ qayıq” tamaşası nümayiş olunub

Tərtərdə “Ağ qayıq” tamaşası nümayiş olunub

Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi

Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi

Əbülfəz Elçibəyin müşaviri vəfat etdi

Əbülfəz Elçibəyin müşaviri vəfat etdi

Tərtərdə 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib -

Tərtərdə 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib - FOTOLAR

NRYTN şəhid hərbçilərin övladlarını sevindirdi -

NRYTN şəhid hərbçilərin övladlarını sevindirdi - FOTOLAR

Mingəçevirdə “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda seminar keçirilib

Mingəçevirdə “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda seminar keçirilib

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

Bu gün “Ağ ölüm”lə mübarizə günüdür

Bu gün “Ağ ölüm”lə mübarizə günüdür

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur