"Azercell" və "Xəzər TV"-nin birgə xeyriyyə layihəsi


"Azercell" və "Xəzər TV"-nin birgə xeyriyyə layihəsi


Hər zaman sosial layihələri dəstəkləyən bir şirkət olaraq tanınan Azercell, Ramazan ayında da bu istiqamətdə fəaliyyətini davam etdirib.

Belə ki, "Azercell" və "Xəzər TV"-nin birgə təşəbbüsü ilə Azercell-in səyyar “Mobil Göz” və “Mobil Diş” klinikaları may ayı ərzində Tərtər, Ağdam və Tovuz şəhərlərinə səfər ediblər. Aksiya çərçivəsində təşkil olunan təmənnasız müayinələrdən ümumilikdə 3000-ə yaxın insan faydalanıb.

Qeyd edək ki, səfərlərdə iştirak edən həkimlər 5 iyun 2019-cu il tarixində Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişinin canlı efirində "Xəzər" TV və "Azercell" rəhbərliyi adından layihədə göstərdikləri dəstəyə görə xüsusi diplomlarla təltif edilib, həmçinin "Azercell" şirkəti tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıblar.

Vurğulamaq istərdik ki, "Azercell"in “Mobil Göz” və “Mobil Diş” klinikalarının mütəmadi olaraq təşkil etdiyi təmənnasız müayinə və müalicə tədbirlərindən valideyn himayəsindən məhrum uşaqlar, yaşlılar, aztəminatlı ailələr və məcburi köçkünlər yararlanır. Ən son tibbi avadanlıqla təchiz olunan bu mobil klinikalar fəaliyyətləri boyunca on minlərlə insana yardım etməyə müvəffəq olublar.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

"Azercell" və "Xəzər TV"-nin birgə xeyriyyə layihəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu