"Azercell" uşaqlara dəstək verməyə davam edir

Xəbərin çap versiyası
Tarix: 13-06-2019, 18:42    |    Xəbər oxunub: 560 dəfə
"Azercell" uşaqlara dəstək verməyə davam edir


Öz Korporativ Sosial Məsuliyət siyasətində uşaqların müdafiəsi və hüquqlarının qorunmasına yönəlmiş təşəbbüslərə xüsusi önəm verən "Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilən layihələrdən biri "Uşaq Qaynar Xətt” xidmətidir. Uşaqlarla iş sahəsində geniş təcrübəyə malik olan psixoloqlar, hüquqşünaslar və sosial işçilərdən ibarət heyətə malik "Qaynar Xətt” xidmətinin əsas məqsədi uşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, habelə müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirmə və təxirəsalınmaz köməyin göstərilməsidir.

Təkcə bu ilin may ayı ərzində xidmətdən yararlanan uşaqların sayı 421 nəfər təşkil edib. Bu müraciətlərdən 217-si təhsil, 33-ü psixoloji, 7-si səhiyyə, 35-i sosial,39-u hüquqi problemlərlə bağlı olub. Onu da qeyd edək ki, müraciətlərdən 370-i 18 yaşdan yuxarı, 48-i isə 18 yaşdan aşağı vətəndaşlarımıza aiddir. Ümumilikdə, yanvar- may ayları ərzində "Uşaq Qaynar Xətt” xidmətinə 1603 zəng daxil olub. 2010-cu ildən 2019-cu ilin iyun ayına qədər isə xidmətdən 37 895 uşaq yararlanıb.

"Uşaq Qaynar Xətt”inin ölkənin istənilən nöqtəsində əlçatan olmasını təmin etmək üçün, Azercell şirkətinin təşəbbüsü ilə 2017-ci ildə İOS və Android əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilib. 2018-ci ilin iyun ayının 13-dən isə xidmətin Göygöl ofisi fəaliyyətə başlayıb. Mərkəz Göygöl rayonunun sakinləri ilə yanaşı, ətraf rayonlarda (Goranboy, Gəncə, Şəmkir, Qazax, Ağstafa) yaşayan uşaqlara da xidmət göstərir.

Qeyd edək ki, "Azercell Telekom” MMC-nin dəstəyi, "Ümidli Gələcək İctimai Birliyi”nin təşkilatçılığı ilə 24 saat fəaliyyət göstərən "Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80 və (051) 580 22 80 nömrələri ilə günün istənilən saatında Qaynar Xətt Xidmətinə müraciət etmək imkanı yaradılıb. Xidmət haqda ətraflı məlumatı www.usaqxetti.az internet səhifəsindən əldə etmək mümkündür.

"Azercell" uşaqlara dəstək verməyə davam edir





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur