"Azercell"in 4G istifadəçilərinin sayı 3 dəfə artıb

Xəbərin çap versiyası
Tarix: 18-06-2019, 20:25    |    Xəbər oxunub: 543 dəfə
"Azercell"in 4G istifadəçilərinin sayı 3 dəfə artıb


Məqsədi abunəçiləri üçün həyatı asanlaşdırmaq və rəqəmsallaşdırmaq olan "Azercell" şirkəti ölkənin telekommunikasiya sektorunda 49% payla lider mobil operator mövqeyində qərarlaşıb.

"Azercell" ölkədə telekommunikasiyanın inkişafına ötən il 59,5 milyon ABŞ dolları, fəaliyyət göstərdiyi 22 il ərzində isə 1 milyard 527 milyon ABŞ dollarından artıq sərmayə yatırıb. Şirkət 2018-ci ildə insan qaynaqlarının inkişafına 880 000 ABŞ dollarına yaxın, sosial layihələrə isə 266 000 ABŞ dollarından çox vəsait xərcləyib.

İl ərzində şirkətin yeni sərmayələri nəticəsində 4G istifadəçilərinin sayı 3 dəfə artıb. 4G şəbəkəsinin coğrafi ərazi əhatə dairəsində 61.4%, əhali əhatə dairəsində isə 86.2% artım qeydə alınıb. Günlük 4G internet istifadəsində müşahidə olunan artım 49.6% təşkil edib.

4G üzərindən sürətli mobil internetdən faydalana biləcək insanların sayının artması üçün şirkət il boyu müştərilərə yeni və əlverişli telefon kampaniyaları təqdim edib. Nəticədə Azercell müştərilərinin 60%-dən çoxu smartfon istifadəçisinə çevrilib.

"Azercell"in ötən ildə ümumi mobil internet trafiki 55%, LTE mobil trafiki isə 199% artmışdır.

Hazırda regionlarda şəbəkənin genişləndirilməsi üzərində fəal iş gedir, mart ayında rayon mərkəzlərində 4G şəbəkəsi təmin edilib. Bu müddət ərzində ümumilikdə 770 4G stansiyası quraşdırılıb.

4G şəbəkəsinin genişləndirilməsi şirkətin bu gün üçün prioritet fəaliyyət istiqamətlərindən biri olaraq qalır. Bu planın 2019-cu ilin III rübündə tamamən yerinə yetirilməsi nəzərdə tutulub.

Ölkə daxili şəbəkənin genişləndirilməsi ilə yanaşı "Azercell" ötən il ərzində rominq üzrə 19 yeni ölkə ilə saziş bağlayıb. Eyni zamanda lider operator abunəçilərinə 50 ölkədə fəaliyyət göstərən 80 operatorun şəbəkəsində istifadəni nəzərdə tutan xüsusi internet paketləri təqdim edib.

Şirkət həmçinin Bakı metropolitenində mobil rabitənin keyfiyyətinin artırılması istiqamətində müvafiq tədbirlər görür. Birinci mərhələdə bu il daha yüksək sıxlıq müşahidə edilən stansiyalar 4G şəbəkəsi ilə əhatə ediləcək. Gələn il isə rabitə yalnız platformalarda deyil, tunellərdə də daha sürətli olacaq.

Bununla yanaşı, gələcəyin texnologiyası olan 5G şəbəkəsinin qurulması üzrə də fəal danışıqlar gedir, texniki avadanlığın xüsusiyyətləri müəyyən edilir. Ən yaxşı modeli seçdikdən sonra, şirkət pilot layihənin həyata keçirməyə başlayacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur