“Nar” Azərbaycanın rəqəmsal inkişafına öz töhfəsini verməyə davam edir


“Nar” Azərbaycanın rəqəmsal inkişafına öz töhfəsini verməyə davam edir


Azərbaycanda hər zaman informasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişafını dəstəkləyən “Nar”ın tərəfdaşlığı ilə baş tutan NETTY-2019 - Azərbaycanın milli internet mükafatının qalibləri müəyyən edilib.

Şirkətdən AFN-ə verilən məlumata görə, il ərzində keyfiyyətli məzmununa, istidafədəçiyə yararlılığına görə “Dövlət” nominasiyasında “intangible.az” saytı, “Təhsil və Elm” nominasiyasında “Bildilçin” tətbiqi, “Mədəniyyət və Yaradıcılıq” nominasiyasında “shekiculture.az”, ən yaxşı sosial səhifə nominasiyasında “Asan Viza” Facebook səhifəsi qalib olub. Digər nominasiyaların qalibləri ilə netty.az saytında tanış ola bilərsiniz.

Nominasiyalar üzrə qaliblər Ekspert Şurasının və virtual münsiflər heyətinin seçiminə əsaslanaraq NETTY Akademiyası final səsverməsi zamanı müəyyən edilib. Bundan başqa, müsabiqədənkənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də müafatlar təqdim edilib.

“İnternet və ümumilikdə, İKT həlləri gündəlik həyatımızın ayrılmaz bir parçasına çevrilib. NETTY milli internet mükafatının əsas məqsədi ölkəmizdə bu sahə üzrə ən qabaqcıl və keyfiyyətli informasiya resurslarını və layihələrini müəyyən edərək onların inkişafına təkan verməkdir. Biz eyni zamanda informasiya mədəniyyətinin cəmiyyətdə artırılması, əhalidə informasiya texnologiyaların populyarlaşdırılmasını hədəfləyirik. Rəqəmsallaşma dövründə bu cür mühüm bir tədbirin keçirilməsində bizə dəstək olduğu üçün “Nar”-a təşəkür edirik“, - deyə “NETTY” milli interet mükafatının təşkilat komitəsinin sədri Ruslan Novruzov bildirib.

Qeyd edək ki, “Nar” KSM strategiyası çərçivəsində artıq ikinci ildir ki, “NETTY” milli interet mükafatının əsas dəstəkçisidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu