“Nar-ın eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimləri davam edir

Xəbərin çap versiyası
Tarix: 25-06-2019, 12:17    |    Xəbər oxunub: 536 dəfə
“Nar-ın eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimləri davam edir


Fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasına hər zaman xüsusi diqqət ayıran “Nar”-ın dəstəyi ilə keçirilən “Təlim Məktəbi” layihəsinin ikinci mərhələsi başa çatıb. Belə ki, 15 nəfərlik qrup intensiv aşpazlıq təlimini başa vuraraq, bu peşənin incəliklərinə yiyələniblər. “Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşdırılan layihə çərçivəsində artıq son təlim mərhələsinə də start verilib. Öncədən aparılan sorğu əsasında iştirakçıların marağına uyğun olaraq seçilən motorçu peşə təlimi öz işinə başlayıb.



Motorçu təliminin özəlliyi ondan ibarətdir ki, təlimçi 3-cü qrup eşitmə məhdudiyyəti olan və artıq 12 ildir ki, avtomobil ustası çalışan Bəhrəm Hüseynovdur. Onun sözlərinə görə, avtomobilin təmiri zamanı bəzən səsləri duymağa ehtiyac olsa da, güclü intuisiya qabiliyyəti ilə işin öhdəsindən asanlıqla gəlmək mümkündür.

Qeyd edək ki, “Nar” tərəfindən təşkil edilən “Təlim məktəbi” layihəsi eşitmə məhdudiyyəti olan insanların peşə sahibi olmaqla cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə keçirilir. Bu layihə eşitmə məhdudiyyətli insanların işlə təmin olunmasına da yardım edəcək. Peşə təlimi ilkin olaraq paytaxt Bakıda start götürüb. Gələcəkdə isə bölgələrdə də “Təlim məktəbi” layihəsinin davam etdirilməsi planlaşdırılır.

“Nar” 4 ilə yaxındır ki, eşitmə məhdudiyyətli insanlar üçün bu cür təlimlər təşkil etməklə, onların müxtəlif peşəyə yiyələnməsinə və iş bacarıqlarının artmasına töhfə verir. Fiziki məhdudiyyətli insanlara dəstək və onların cəmiyyətə inteqrasiyası “Nar”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir.

“Nar-ın eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimləri davam edir
“Nar-ın eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimləri davam edir





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur