“Nar” gənc şahmatçılara dəstək olur


“Nar” gənc şahmatçılara dəstək olur


Uşaqların məntiqi təfəkkürünün inkişafına töhfə vermək məqsədilə, “Nar”, 2-10 iyul tarixlərində Bakıda baş tutan Şahmat üzrə Bakı yay festivalı çərçivəsində keçiriləcək uşaq turnirinə dəstək olur. Qeyd edək ki, uşaq turnirinə 74 şahmatçı qeydiyyata alınıb. 7 tur isveçrə sistemi üzrə yarışın nəticələrinə görə qaliblər həm pul mükafatı, həm də “Nar”-dan xüsusi mükafatlar qazanacaqlar.



Festivalda şahmatçılar 5 müxtəlif turnirdə mübarizə aparacaqlar. "Bakı yay festivalı" çərçivəsində Azərbaycanda ilk dəfə Beynəlxalq qrossmeyster və beynəlxalq usta normalı paralel yarışlar da keçiriləcək. Yarışda 14 Azərbaycan və Gürcüstan, Iran, Türkiyə, Rusiya, İraq ve Belarusiyadan da daxil olmaqla, 10 xarici şahmatçı iştirak edəcək. Start siyahıda 6 qrossmeyster, 4 Beynəlxalq usta və 9 FİDE ustası yer alıb.

“Nar” gənclərə və idmana yönəlik korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq, müxtəlif sosial layihələr həyata keçirir. “Nar”-ın KSM strategiyası haqqında daha ətraflı www.nar.az saytından əldə edə bilərsiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu