230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb

Xəbərin çap versiyası
Tarix: 19-07-2019, 16:58    |    Xəbər oxunub: 536 dəfə
230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb


Ən son texnologiyaların tətbiqi ilə insan həyatının keyfiyyətini artırmağı hədəfləyən Azercell Telekom ödənişsiz göz müayinələrinin təşkilini davam etdirir.



Belə ki, cari ilin aprel-iyun ayları ərzində 230-dan çox insan Azercell-in “Mobil Göz Klinikası”nın oftalmoloji müayinələrindən keçmişdir. 8 illik fəaliyyəti dövründə müasir avadanlıqla təchiz olunmuş klinika Bakı da daxil olmaqla, Azərbaycanın əksər rayonlarında yerləşən uşaq və ahıllar evlərinə, internat məktəblərinə səfərlər etmiş, 7500-dən çox insana xidmət göstərmişdir. Bu müayinələr zamanı ehtiyac yaranan hallarda müalicələr təyin edilmiş, optik eynəklər paylanmışdır. Valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını təmin etmək məqsədilə yaradılan “Mobil Göz Klinikası”-nın xidmətlərindən eyni zamanda ahıllar, aztəminatlı ailələr və məcburi köçkünlər də yararlanır.

Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi -

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi - VİDEO

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet -

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet - VİDEO+FOTOLAR

Lerikin məşhur istirahət mərkəzində otaqdan ilan çıxdı -

Lerikin məşhur istirahət mərkəzində otaqdan ilan çıxdı - FOTO

Göyçayda toy karvanında qəza:

Göyçayda toy karvanında qəza: 6 yaralı var

Vilayət Eyvazovdan yeni təyinatlar

Vilayət Eyvazovdan yeni təyinatlar

Jurnalist təyyarə qəzasında öldü

Jurnalist təyyarə qəzasında öldü

Etibar Pirverdiyevin şirkəti dar ayaqda -

Etibar Pirverdiyevin şirkəti dar ayaqda - "Bağda ərik qurtardı..."

Bakı polisindən xəbərdarlıq:

Bakı polisindən xəbərdarlıq: "Uşaq oğurluğu edən dilənçilər var"

Xəzərdə itkin düşən pilotumuzun görüntüləri yayıldı -

Xəzərdə itkin düşən pilotumuzun görüntüləri yayıldı - VİDEO

"ASAN Yay Festivalı" Gəncədə

Sentyabrın 1-dən kimlərin maaşı və pensiyası nə qədər artacaq? -

Sentyabrın 1-dən kimlərin maaşı və pensiyası nə qədər artacaq? - VİDEO

Vəkil sirrləri açdı:

Vəkil sirrləri açdı: MTN sabiq naziri necə tutub?

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur