“Nar” eşitmə məhdudiyyətli insanların işlə təmin olunmasına dəstək olub

Xəbərin çap versiyası
Tarix: 26-07-2019, 17:56    |    Xəbər oxunub: 538 dəfə
“Nar” eşitmə məhdudiyyətli insanların işlə təmin olunmasına dəstək olub


İnsanların həyat keyfiyyətinin yüksəldilməsinə yönəlmiş layihələrə hər zaman xüsusi diqqətlə yanaşan “Nar”ın eşitmə məhdudiyyətli insanlar üçün təşkil etdiyi “Təlim Məktəbi” layihəsi başa çatıb. Üç ay boyun davam edən layihədə ümumilikdə 45 nəfər 3 fərqli peşə üzrə intensiv kurslarda iştirak edərək aşpaz, şirniyyat ustası və motorçu peşələri üzrə biliklərə yiyələniblər. Bu layihə eyni zamanda, eşitmə məhdudiyyətli insanların işlə təmin olunmasına da yardım edib. Belə ki, layihənin yenicə başa çatmasına baxmayaraq, artıq 7 nəfər müxtəlif biznes qurumlarında işə başlayıb.

“Təlim məktəbini başa vuran iştirakçıların hər biri bacarıqlı və cəmiyyət üçün faydalı fərdlərdir. Onların vaxtında və düzgün istiqamətləndirilməsi çox sevindiricidir. Əminəm ki, bu layihədə iştirak edən hər kəs cəmiyyətdə öz yerini tuta biləcək” – deyə layihənin təlimçisi Bəhrəm Hüseynov bildirib.

Qeyd edək ki, “Nar” və “Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşdırılan “Təlim məktəbi” layihəsi eşitmə məhdudiyyəti olan insanların peşə sahibi olmaqla cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə keçirilib. Peşə təlimi ilkin olaraq paytaxt Bakıda həyata keçirildi. Gələcəkdə isə bölgələrdə də “Təlim məktəbi” layihəsinin davam etdirilməsi planlaşdırılır.

“Nar” 4 ilə yaxındır ki, eşitmə məhdudiyyətli insanlar üçün bu cür təlimlər təşkil etməklə, onların müxtəlif peşəyə yiyələnməsinə və iş bacarıqlarının artmasına töhfə verir. Fiziki məhdudiyyətli insanlara dəstək və onların cəmiyyətə inteqrasiyası “Nar”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Ağdaşın icra başçısının sərvəti açıqlandı-

Ağdaşın icra başçısının sərvəti açıqlandı- SİYAHI+ŞİKAYƏT

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

Energetika naziri vətəndaşları qəbul edib -

Energetika naziri vətəndaşları qəbul edib - FOTOLAR

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

Bugünkü hərracda

Bugünkü hərracda 17 dövlət əmlakına 28 sifariş verilib

Nazirlik pilotun axtarışında iştirak edənlərə təşəkkür etdi

Nazirlik pilotun axtarışında iştirak edənlərə təşəkkür etdi

Qabil Hüseynli:

Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”

Mixail Saakaşvili:

Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur