"Whatsapp"dan mühüm yenilik - Kompüter versiyası hazırlanır


"Whatsapp"dan mühüm yenilik -


Məşhur messencerin tərtibatçıları “Whatsapp”ın kompüter versiyasını hazırlayır.



Yenicag.az “The Next Web”ə istinadən xəbər verir ki, tərtibatçılar “Whatsapp”dakı istifadəçi hesabının həm smartfonda, həm də kompüterdə ayrı-ayrılıqda istifadəsi özəlliyini test edir.

Messencerin bu versiyasının ilin sonuna kimi təqdim olunacağı bildirilib.

Lakin messencerin “iPad” versiyasının hazırlanmasının gecikdiyi qeyd edilib.

Qeyd edək ki, hal-hazırda kompüterdə “Whatsapp”dan istifadə etmək üçün bu messencerin veb versiyası ilə mobil versiyası arasında sinxronlaşdırmanı reallaşdırmaq lazımdır. Lakin bu halda smartfon sönülü olarsa, messencerin veb versiyası vasitəsilə mesaj göndərmək mümkün olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu