Azercell-in Rəqəmsal Dünyası bölgələrə genişlənir

Xəbərin çap versiyası
Tarix: 5-08-2019, 14:49    |    Xəbər oxunub: 530 dəfə
Azercell-in Rəqəmsal Dünyası bölgələrə genişlənir


Azercell Rəqəmsal Dünya bölgələrdə layihəsinə həsr olunmuş mətbuat konfransı keçirib



Rəqəmsal dünyanın yeniliklərini abunəçiləri üçün daha əlçatan etməyi hədəfləyən Azərbaycanın telekommunikasiya sahəsinin lideri “Azercell Telekom” MMC 5 avqust tarixində, mətbuat konfransında jurnalistləri bir araya toplayıb. Mətbuat konfransı şirkətin böyük maraqla qarşılanan və regionları qarış-qarış gəzən “Rəqəmsal Dünya bölgələrdə” adlı layihəsinə həsr olunub. Naxçıvan şəhərindən başlayan və artıq Şərur, Ordubad, Quba, Xaçmaz, Qusarda baş tutan bu layihədə, Azercell ölkəmizin 30-a yaxın şəhər və rayonuna səfər etməyi planlaşdırır.

Mətbuat konfransında çıxış edən “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev internetsiz, daimi bağlantısız bu layihənin ərsəyə gəlməsinin mümkün olmadığını bildirib. “Odur ki, biz respublikamızın bütün bölgələrinin sakinlərini bərabər texnoloji imkanlarla təmin etmək, yüksək-sürətli interneti sayəsində ən son innovasiyaları onların istifadəsinə vermək üçün ölkə boyu 4G şəbəkəsini gücləndirdik və genişləndirdik. Qeyd edim ki, təkcə son yarım ildə ölkədə telekommunikasiya sahəsinin inkişafına 63 milyon manatdan artıq vəsait yatırdıq. Bu müddətdə Bakı və Abşeron da daxil olmaqla, ölkəmizin 57 bölgəsində 1007 yeni LTE stansiyası qurduq. Ümumi stansiyalarımızın sayı isə 7000-i ötdü”- deyə, V. Mürsəliyev vurğulayıb.

“Layihə çərçivəsində insanların həyat tərzini rahatlaşdıran texnoloji yeniliklər və mobil qurğuların texniki imkanlarından istifadə edilməklə xidmətlərin əlçatanlığını nümayiş olunur”- deyə, “Azercell Telekom” MMC-nin İstehlakçı Seqment Biznes Strukturunun rəhbəri, Krasimir Genov öz nitqində bildirib. Həmçinin K. Genov jurnalistlərə layihə çərçivəsində səfərlərin təşkil ediləcəyi bölgələr haqda da məlumat verib.

“Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri, Nigar Şıxlinskaya öz çıxışı zamanı layihənin sosial tərəfindən bəhs edib. Belə ki,

fəaliyyəti boyunca on minlərlə insana yardım edən Azercell-in “Mobil Göz” və “Mobil Diş” klinikaları “Rəqəmsal Dünya bölgələrdə” layihəsi çərçivəsində səfərlərə qoşularaq, “Xəzər Qayğıkeşlik” İctimai Birliyin həkimləri ilə regionlarda yerləşən internat məktəbləri və uşaq evlərinin kiçik sakinlərini üçün təmənnasız müayinə və müalicə təşkil edirlər. Bundan əlavə, Azercell tərəfindən uşaqlara hədiyyə olaraq məktəb çantası, məktəb ləvazimatları və digər hədiyyələr də paylanılır. Bununla yanaşı, N. Şıxlinskaya 4G şəbəkəsinin genişlənməsi üzrə şirkətin son nailiyyətlərindən danışıb. O bildirib ki, Azercell son yarımildə Azərbaycanın 57 şəhər və rayonunda əhali əhatəsi dairəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% artıma nail olub. Həmçinin N. Şıxlinskaya günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alındığını vurğulayıb.

Mətbuat konfransının sonunda jurnalistlər Azercell-in mobil klinikalarına baxış keçiriblər.

Azercell-in Rəqəmsal Dünyası bölgələrə genişlənir
Azercell-in Rəqəmsal Dünyası bölgələrə genişlənir
Azercell-in Rəqəmsal Dünyası bölgələrə genişlənir





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Ağdaşın icra başçısının sərvəti açıqlandı-

Ağdaşın icra başçısının sərvəti açıqlandı- SİYAHI+ŞİKAYƏT

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

Energetika naziri vətəndaşları qəbul edib -

Energetika naziri vətəndaşları qəbul edib - FOTOLAR

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

Bugünkü hərracda

Bugünkü hərracda 17 dövlət əmlakına 28 sifariş verilib

Nazirlik pilotun axtarışında iştirak edənlərə təşəkkür etdi

Nazirlik pilotun axtarışında iştirak edənlərə təşəkkür etdi

Qabil Hüseynli:

Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”

Mixail Saakaşvili:

Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur