“Nar”-ın korporativ müştərisi ol, sərfəli tariflərdən yararlan!


“Nar”-ın korporativ müştərisi ol, sərfəli tariflərdən yararlan!


Biznes tərəfdaşlarının sayını ildən-ilə sürətlə artıran və sahibkarların tələblərini hər zaman nəzərə alan “Nar”, korporativ müştəriləri üçün sərfəli qiymətlərlə yeni təkliflər təqdim etməkdə davam edir.



Mobil operator yüksəkkeyfiyyətli şəbəkə, sürətli və kəsintisiz internet xidmətləri, tarif paketləri ilə sahibkarlara sərfəli əməkdaşlıq təklif edir. “Nar”-ın korporativ müştərisi olmaqla biznes sahibləri əlverişli şərtlərlə yüksəksürətli internetə çıxış imkanı verən “Nar MiFi” və “Nar Wi-Fi” cihazları, eləcə də data nömrələr əldə edə bilərlər. Qeyd edək ki, “Nar MiFi” abunəçilərə olduqları yerdən asılı olmayaraq hər zaman onlayn olmağa və interneti ətrafdakılarla paylaşmağa imkan verir. Eləcə də, cihazın kiçik ölçüləri və yüngüllüyü onun daşınmasını asanlaşdırır. İstənilən məkanda sərfəli qiymətə yüksəksürətli internetə çıxış imkanı verən “Nar Wi-Fi” internet paylayıcısı da abunəçilərə qısa müddətdə 4G şəbəkəsi ilə əhatə olunmağa imkan verir. Bu avadanlıq sayəsində 30-dan artıq cihaz eyni anda sərfəli qiymətə yüksək sürətli internetə (LTE / 4G) çıxış əldə edir.

Hər bir müştərinin ehtiyacını nəzərə alan “Nar”, biznes sahiblərinə ən optimal tarif paketləri təklif edir. Korporativ müştərilər üçün internet və rominq paketləri və beynəlxalq zənglər üçün bonuslar təqdim edilir.

Qeyd edək ki, “Nar” yeni təkliflərini bölüşmək və əlaqələrinin gücləndirmək məqsədilə korporatov müştəriləri ilə növbəti görüşünü təşkil edib. Görüşdə mobil operatorun əməkdaşlıq etdiyi 100-ə yaxın şirkətdən 250-yə qədər korporativ müştəri iştirak edib. Yeni imkanlar barədə məlumat verildikdən sonra iştirakçılar birlikdə film izləyiblər. Filmdən sonra isə lotoreya keçirilib və qalib müştərilərə “Nar” tərəfindən xüsusi hədiyyələr verilib.

Korporativ tərəfdaşlıq üçün 777 telefon nömrəsi və ya business-nar@azerfon.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar. Təkliflərdən yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər yararlana bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu