“Huawei” şirkətinin smartfon istehsalı üçün prosessorları bitib


“Huawei” şirkətinin smartfon istehsalı üçün prosessorları bitib


“Huawei” şirkətinin smartfon istehsalı üçün prosessorları qurtarıb. Bu barədə “China Info 100” konfransında şirkətin top-meneceri Riçard Yu bildirib.



“TSMC” şirkəti çiplərin istehsalını sentyabrın 15-də dayandıracaq. “Huawei” podratçısı mayın 15-dən Çin şirkətinin sifarişlərinin qəbulunu dayandırıb. “Bizim nə prosessorumuz, nə də mütəşəkkil tədarükümüz var”, – top-menecer qeyd edib. “Huawei” nümayəndəsi vurğulayıb ki, bu il şirkət sonuncu dəfə “Kirin” prosessorları üzərində qurulan yeni nəsil qabaqcıl smartfonlar buraxacaq. “Bu bizim üçün böyük itkidir. “Huawei” və “TSMC” arasında münasibətlərə ABŞ sanksiyalarına görə son qoyulub, – o əlavə edib.

Top-menecerin ehtimallarına görə, bu il şirkət tərəfindən ötən illə müqayisədə daha az smartfon buraxılacaq. O vaxt 2019-cu ilin mayından ABŞ sanksiyaları altında olan “Huawei” şirkətinin bütün dünyada satdığı qurğularının sayı təxminən 240 milyon təşkil edib. O, şirkətin böhran vəziyyətində necə hərəkət edəcəyini izah etməyib.

Tayvanın “TSMC” şirkəti mayda “Huawei” prosessorlarının istehsalı üçün sifarişlərin qəbulunu dayandırıb. Buna səbəb kimi ABŞ Ticarət Nazirliyi tərəfindən tətbiq edilən qadağa qeyd olunur. Fevralda ABŞ hakimiyyəti tərəfindən sanksiyalar altında olan şirkətlərlə bağlı yeni məhdudiyyətlər tətbiq edilib. Məsələn, yeni qaydalara görə, ABŞ texnologiyalarından istifadə edən xarici şirkətlər ABŞ-ın sanksiyalar siyahısına daxil edilən təşkilatlarla əməkdaşlıq etmək hüququna malik deyillər. (Banker.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu