AFN.AZ / “İnstagram” yeni funksiyanı sınaqdan keçirir

“İnstagram” yeni funksiyanı sınaqdan keçirir



“Facebook” şirkətinə məxsus olan İnstaqram xidməti yeni funksiyanı (birgə canlı yayım) sınaqdan keçirməyə başlayıb.



AzVision.az ICTnews-a istinadən xəbər verir ki, sözügedən funksiya istifadəçilərə canlı yayımda iki aparıcı görməyə imkan verəcək.

Birbaşa yayım dostlar və abunəçilərlə maraqlı ünsiyyət formatıdır, ancaq təklikdə insan özünü inamsız hiss edə bilər. Yeni funksiya asanlıqla tərəfinizdən yaradılmış canlı yayıma qonaq əlavə etməyə imkan verəcək, istifadəçilər əvvəlki kimi birbaşa yayımda “Like” edə və şərh yaza bilərlər.

Canlı yayıma birgə çıxmaq üçün əvvəlcə istifadəçi özünə yayım yaratmalı, bundan sonra qonağı əlavə etmək üçün ekranın alt sağ küncündə iki təbəssümdən ibarət yeni düyməyə sıxmalıdır. Bundan sonra istifadəçilərin displeyində canlı yayım iki hissəyə bölünəcək. Yayımı yaradan istənilən vaxt qonağı əvəz edə bilər.

Yeni funksiya hələ ki, az sayda istifadəçiyə əlçatandır, ancaq İnstagram rəsmiləri söz veriblər ki, bir neçə ay sonra yeni funksiya hamı üçün əlçatan olacaq.
9-08-2017, 20:12
Geri qayıt