AFN.AZ / “Bakcell”dən uşaq şahmat turnirinə növbəti dəstək

“Bakcell”dən uşaq şahmat turnirinə növbəti dəstək

“Bakcell”dən uşaq şahmat turnirinə növbəti dəstək


"Bakcell" 7-12 aprel 2019-ci il tarixlərində Bakı şəhərində keçirilmiş uşaqlar arasında 18-ci beynəlxalq şahmat turnirinə dəstək göstərib.

AFN xəbər verir ki, frankofoniya günlərinə həsr edilmiş bu ənənəvi turnir “Gənclik” Şahmat Klubu və Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən Azərbaycan Şahmat Federasiyasının təşkilati dəstəyi ilə keçirilib. İsveçrə sistemi üzrə keçirilmiş turnirdə Azərbaycan, Fransa, Böyük Britaniya, Gürcüstan, Rusiya, Ukrayna, Almaniya, Serbiya və Qazaxıstandan 80-dən çox gənc şahmatçı iştirak edib.

Turnirin nəticələrinə əsasən “A” qrupunun qalibi Azərbaycandan Altay Eynullayev olub. O, Fransada keçiriləcək turnirdə iştirak etmək hüququ qazandı. “B” qrupunda isə ukraynalı Mariya Timchenko ən yüksək nəticə göstərib.

Bakcell şirkəti artıq bir neçə ildir ki, ölkəmizdə keçirilən beynəlxalq uşaq şahmat turnirlərinə öz dəstəyini əsirgəmir. Özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə şirkət Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərir və xüsusi qayğıya ehtiyacı olan uşaqlara yönəlmiş genişmiqyaslı layihələri həyata keçirir.

“Bakcell”dən uşaq şahmat turnirinə növbəti dəstək
17-04-2019, 19:33
Geri qayıt